İqtisadiyyat
Azərbaycan regionda ən güclü və həlledici ölkədir
Bizimlə hesablaşır, mövqeyimizi qəbul edirlər Bakı şəhərində «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni Sazişin imzalanmasından bir neçə gün keçsə də, lakin hələ də sözügedən sənədlə bağlı müəyyən müzakirələr aparılır, proqnozlar verilir. Təkcə yerli media deyil, eləcə də bir sıra Avropa kütləvi informasiya vasitələrində sazişindən əhəmiyyətindən danışılır, xüsusilə onun Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkilir. Təsadüfi deyil ki, istər yerli, istərsə də beynəlxalq səviyyədə bu saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə eyni əhəmiyyətə malik hesab edilir. Elə millət vəkili Kamran Nəbizadə də bu qənaətdədir. O, bildirib ki. Saziş «Əsrin müqaviləsi» ilə eyni əhəmiyyətə malikdir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirdi: “Müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi.
Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır
Samir Əliyev: “Bu, kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər” Azərbaycanda sahibkarlara, iş adamlarına dövlət dəstəyi davamlı xarakter daşıyır. Məhz dövlətin sahibkarlara diqqət və qayğısı, göstədiyi yardımların nəticəsidir ki, paytaxt və bölgələrdə yeni-yeni istehsal müəssisələri və zavodlar istifadəyə verilir. Hər il Sahibkarlığa Kpmək Milli Fondu tərəfindən iş adamlarına verilən güzəştli kreditlər də bu mənada mühüm əhəmiyyət kəsb edir. Müsbət tendensiya ondan ibarətdir ki, tətbiq edilən bu üsul getdikcə daha da təkmilləşdirilir, iş adamları dövlətdən daha çox dəstək alırlar. Elə Prezident İlham Əliyev bir müddət əvvəl şimal-qərb regionuna səfəri zamanı Qaxda keçirdiyi, eləcə də cənub zonasında səfədə olarkən Lənkərəndan təşkil etdiyi müşavirə zamanı bir daha açıq şəkildə bildirdi ki, dövlətin sahibkarlara diqqəti, dəstəyi davamlı xarakter daşıyacaq və bundan sonra da iş adamlarına güzəştli kreditlər veriləcək.
Dünya Bankının vitse-prezidenti ilə müzakirələr aparılıb
İqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşündə ölkəmizlə Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Nazirlikdən “Oaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Bankın dövlət və özəl sektorun inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir. Dünya Bankı ölkəmizə 53 layihə üzrə 4,15 mlrd. ABŞ dolları vəsait ayırıb.
Payız Azərbaycana sentyabrın 23-ü qədəm qoyacaq
Bu il payız fəsli Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq. "Olaylar" bildirir ki, bunu AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, bu tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisinə payız fəsli daxil olacaq.
Azərbaycanda 471 insan "yol terroru"nun qurbanı oldu
2017-ci ilin 8 ayı ərzində Azərbaycanda 1189 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zamanı 471 nəfər ölüb, 1148 nəfər isə yaralanıb. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 hadisə, 19 ölüm, 261 xəsarət azalıb.
Qəbələdə Ümumdünya Gömrük Təşkilatının iclası keçirilib
Sentyabrın 18-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə hüquq-mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 16-cı iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasa Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seulun məsul nümayəndəsi qatılıb. İclasın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov hüquq-mühafizə fəaliyyəti çərçivəsində RILO-Moskva ilə əməkdaşlığın hər il inkişaf etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Gömrük Xidmətinin RILO-Moskva ilə gömrük hüquqpozmalarına qarşı mübarizə, eləcə də təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığı ilbəil genişlənir.
Goranboyun Boluslu kəndində yanacaqdoldurma məntəqəsi açıldı
Goranboy rayonu, Boluslu kəndi ərazisində ''SOCAR” brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Azərbaycan ərazisində sayca 25-ci olan YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət edəcək müasir avtomat sistemlər quraşdırılıb. “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışını həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 irit
Neftin qiymətinin yenidən aşağı düşəcəyi ehtimal olunandır
“Brent markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır. Neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barel azalaraq 97.7 milyon barelə düşməsi və Harvey qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır. Dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir”. Bunu deyən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazıllq ilə bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilməkdir: “Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30.113 milyon bareldən 30.004 milyon bareldək azaldıb və təşkilat hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanı zamanını uzatmaqla bağlı artıq indidən danışıqlara başlayıb.
Kamilə Əliyeva: “Orta məktəb dərslikləri monoqrafiyaya dönüb”
“Nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək”.“Olaylar” xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Kamilə Əliyeva deyib. Deputatın sözlərinə görə, vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb: “Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş senzi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda əlbəttə, ciddi problem olacaq. Hesab edirəm buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır. Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır”.
Gələn ilin dövlət büdcəsi hökumətə təqdim edilib
Gələn ilin dövlət büdcəsi haqında qanun layihəsi hökumətə təqdim edilib. Bu barədə Maliyyə Nazirliyindən “Olaylar”a daxil olan məlumata görə, “Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-cı il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub.
Avtomobili hansı halda etibarnamə ilə başqasına vermək olar?
Son vaxtlar sürücülər tez-tez belə bir sual verirlər: yalnız sürmək üçün verilmiş etibarnaməsi olan şəxs özü avtomobildə olmaqla həmin avtomobili sürmək üçün başqasına verə bilərmi?Vəkil Rövşən Qasımov bildirib ki, avtomobillərlə bağlı iki növ etibarnamə fərqləndirilir. Əksəriyyətimizin hələ də "baş etibarnamə" (generalnaya doverennost) adlandırdığımız və avtomobilə sərəncam hüququnu da ehtiva edən etibarnamə. Belə etibarnaməsi olan şəxs nəinki hamin avtomobili sürmək üçün başqasına verə bilər, hətta həmin avtomobili sata, bağışlaya, girov qoya bilər. Yalnız sürmək üçün verilmiş etibarnamə, yəni avtomobilə dair sərəncam hüququnu istisna edən etibarnamə. Birinci növ etibarnamə ilə bağlı nə təcrübədə, nə də qanunvericilikdə heç bir problem və anlaşılmazlıq yoxdur. Hər kəs sərəncam hüququnu ehtiva edən etibarnamə əsasında sahiblik etdiyi avtomobili özü avtomobildə olmaq şərti ilə onu idarə etmək üçün sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə verə bilər. Hətta belə etibarnaməsi olan şəxs başqasına etibarnamə verməklə özü olmadan da həmin avtomobili idarə etmək üçün ona verə bilər. İkinci növ etibarnamə ilə bağlı məsələdə isə təcrübədə problem var:
Çayxana və mağaza külə dönüb
Sabirabad rayonu, Suqovuşan kəndində ümumi sahəsi 18 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları və mağazaya bitişik ümumi sahəsi 78 m2 olan çayxananın yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Digər bir yanğın hadisəsi isə Sumqayıt şəhərində baş verib. Belə ki, ümumi sahəsi 1500 m2 olan polimer istehsalı sexinin ərazisində 40 m2 sahədə polimer tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İqtisadi tərəqqidə kiçik və orta sahibkarlığın rolu
Az investisiya ilə daha çox istehsala nail olmağın yolları Ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi təsdiq edilib. Maraqlıdır ötən müddət ərzində sözügedən yil xəritəsinin icrası kiçik və orta sahibkarlığın inkişafına nhansı töhvəsini verəcək? Əvvala qeyd edək ki, Azərbaycanda kiçik və orta sahibkarlığın (bundan sonra – KOS) inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı xüsusi çəkisinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, Azərbaycanda da davamlı iqtisadi inkişafın təmin edilməsində KOS-un əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardandır. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatında rəqabətqabiliyyətliliyin, inklüzivliyin və dayanıqlılığın təmin olunması istiqamətində bütün ölkə üzrə həyata keçirilən tədbirlərin bir hissəsi olaraq hazırlanmışdır.
Azərbaycan qızıl istehsalını üçqat artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3934,5 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2016-cı ilin 8 ayı ilə müqayisədə 3 dəfə çoxdur. Nəticədə bu ilin sentyabrın 1-nə 0,03 kq hazır məhsul ehtiyatı yaranıb. Bu ilin 8 ayı ərzində ölkədə 213,6 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 15,5% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 0,01 kq hazır məhsul ehtiyatı yaranıb.
.jpg)










.jpg)

