İqtisadiyyat
Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumu keçiriləcək
Milli Məclisin deputatı Şahin İsmayılov Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumunda iştirak etmək üçün sentyabrın 20-də Qazaxıstanın Aktau şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, “Gənclik. Enerji. Modernləşmə” mövzusunda keçiriləcək tədbirdə Xəzər regionu ölkələrinin nümayəndələri iştirak edəcəklər.
8906 vergi ödəyicilərinə ASAN İmza sertifikatı verilib
2017-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 16562 zəng cavablandırılıb.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 73304 SMS göndərilib. Avqust ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 38577 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturlarında 28272 vətəndaş qəbul edilərək onlara 43019 sayda xidmət göstərilib.
MEK – də təlim
AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin təşkili və Milli Rəqəmsal Yaddaş layihəsinin tətbiqi ilə bağlı 2017-ci il üzrə növbəti təlim keçirilib. Təlim MEK-in İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova tərəfindən aparılıb. “Olaylar” bildirir ki, təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklər, MRY-da iş sisteminin xüsusiyyətləri izah edilib. G.Əhədova 2017-ci il üzrə MRY-a daxil edilən kitabların siyahısını açıqlayıb, elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib.
Azərbaycanın inkişafını şərtləndirən tarixi hadisə
Və yeni əsrdə yeni əməkdaşlıq imkanları Sentyabrın 20-i neft sənayesi işçilərinin peşə bayramıdır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra tarixə düşən bu gün ümummilli lider Heydər Əiiyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti və qətiyyəti nəticəsində 1994-cü il, sentyabr ayının imzalanan həmin müqavilə Azərbaycanın inkişafını şərtləndirən başlıca amilə çevrildi. Bu gün Neftçilər Gününü qeyd edən Azərbaycan xalqı ikiqat bayram sevincini yaşayır desək yanılmarıq. Bunun isə başlıca səbəbi bir neçə gün əvvəl məhz “Əsrin müqaviləsi”nə bərabər bir sazişin, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi barədə sənədin imzalanması oldu. İmzalanan saziş Azərbaycanla bərabər, Avropa üçün də mühüm əhəmiyyət kəsb etdiyindən dünya dövlətləri tərəfindən ona ciddi şəkildə maraq özünü ehtiva etdi.
Üç şirkət birləşdi - Azərbaycanda
"Bakı Qida və Yağ Fabriki" MMC "Svit Star" MMC-nin və "Fermer Yağ İstehsalat Birliyi" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib. Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530 mm-lik siyirtmənin dəyişdirilməsi ilə əlaqədar, sentyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin, həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilməsində fasilələr yaranacaq.
Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər
Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd olub. Gürcüstanın İctimai televiziyası xəbər verir ki, hadisə Gürcüstanda baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları neft kəmərinə montaj edilmiş bor
“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “8 mart” yatağındakı 566 saylı stasionar dəniz özülündə əsaslı təmir işləri həyata keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, özülün modernizasiyası və daha keyfiyyətli istismarını təmin etmək məqsədi ilə aparılan işlər zamanı 1 minik və 2 yanalma meydançası, 2 metal lövhə, 24 ədəd elektrik dirəyi və lafet lüləsi üçün 1 ədəd dor quraşdırılmış, 28 svay vurulmuş, 41,6 tonluq metal döşəmə və məhəccər çəpəri, həmçinin 7,4 tonluq piyada körpüsünün dayaq və döşəməsi əsaslı təmir edilib, işıqlandırma işləri görülüb.
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun yanında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib. “OLAYLAR” -ın xəbərinə görə, müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələr və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi iştirak ediblər. RİH başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq bildirib ki, 2017-ci ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars Dəmiryol xəttinin açılışı ilə əlaqədar olaraq, həmin dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsində dəmiryol xətti boyunca abadlıq və təmizlik işlərinin davam etdirilməsini diqqətə çatdırıb, bu işlərə aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.
Dəmir yolunda “Sağlamlıq günü” keçirilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Sağlamlıq günü” adlı tədbir keçirilib. Tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir. “OLAYLAR”-a daxil olan məlumata görə, ”Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq vəziyyəti barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.
Azərbaycanda neftçilərin əməyinə verilən yüksək qiymət onların pensiya təminatında da öz təsdiqini tapır
Bu təbəqədən olan pensiyaçıların orta aylıq pensiya məbləği 430,8 manat təşkil edir Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir. Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7 faiz artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb. 23 il bundan əvvəl, 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində neft kontraktlarından ibarət “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dinamik və uzunmmüddətli sosial-iqtisadi inkişafında, dövlət müstəqilliyimizin ildən-ilə möhkəmlənməsində güclü əsas yaratmışdır. Həmin əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq və milli iqtisadiyyatın inkişafında neft sənayesinin əhəmiyyəti nəzərə alınmaqla, Ulu Öndərimizin 16 avqust 2001-ci il tarixli Sərəncamına əsasən, hər ilin 20 sentyabr günü ölkəmizdə “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.
Sürücülük vəsiqəsini dəyişdirilməsi üçün tələb olunan sənədlərin sayı artırıldı
Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirən zaman tələb edilən sənədlərin sayı artırılıb. Belə ki, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ində dəyişkilik edib. Dəyişikliyə əsasən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surətinin skan edilmiş surəti də tələb olunacaq.
“Qanunlar icra olunmursa, onun heç bir faydası yoxdur”
“Milli Məclis qanunları müzakirə edir, qəbul edir. Lakin qanunlar icra olunmursa, onun heç bir faydası yoxdur”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli deyib. Deputat qanunların icrasının vacibliyini vurğulayıb: “Azərbaycan müstəqil dövlətdir, hər kəs bu müstəqilliyi qorumalıdır. Sağdan, soldan, Qərbdən, Şərqdən təhdidlər ola bilər. Biz bütün bunlara görə birlikdə olmalıyıq”.
Müxalifətçilər savadsız dindarlardan istifadə etmək istəyirlər
Əkrəm Həsənov: “Müxalifətə qoşulan dindar insanların ideologiyası xaricilik, xəvariclik ideologiyasıdır” Məlum olduğu kimi Milli Şura adlanan qurum yenidən mitinq qərarı verib. Belə ki, əsasən Əli Kərimlinin yaxın ətrafından ibarət olan bu qurum sentyabr ayının 23-də mitinq keçirməyi qərarlaşdırıb. “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulan aksiya ilə əlaqədar artıq Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilib və məlumata görə şəhər meriyası mitinqə icazə verib. Aksiyanın keçirilməsi razılığı alınar-alınmaz Əli Kərimli tərəfdarları yenidən social şəbəkələrdəki “fəallıqlarını” artırıblar. Belə ki, cəbhəçilər sosil şəbəkə vasitəsilə insanları aksiyaya dəstək verməyə çağırıblar. Hər zaman olduğu kimi bu dəfə də Milli Şura ölkənin dindar kəsimini də “yaddan çıxarmayıb”.
Azərbaycan regionda ən güclü və həlledici ölkədir
Bizimlə hesablaşır, mövqeyimizi qəbul edirlər Bakı şəhərində «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni Sazişin imzalanmasından bir neçə gün keçsə də, lakin hələ də sözügedən sənədlə bağlı müəyyən müzakirələr aparılır, proqnozlar verilir. Təkcə yerli media deyil, eləcə də bir sıra Avropa kütləvi informasiya vasitələrində sazişindən əhəmiyyətindən danışılır, xüsusilə onun Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkilir. Təsadüfi deyil ki, istər yerli, istərsə də beynəlxalq səviyyədə bu saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə eyni əhəmiyyətə malik hesab edilir. Elə millət vəkili Kamran Nəbizadə də bu qənaətdədir. O, bildirib ki. Saziş «Əsrin müqaviləsi» ilə eyni əhəmiyyətə malikdir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirdi: “Müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi.













.jpg)