MEK – də təlim
AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin təşkili və Milli Rəqəmsal Yaddaş layihəsinin tətbiqi ilə bağlı 2017-ci il üzrə növbəti təlim keçirilib. Təlim MEK-in İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova tərəfindən aparılıb. “Olaylar” bildirir ki, təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklər, MRY-da iş sisteminin xüsusiyyətləri izah edilib. G.Əhədova 2017-ci il üzrə MRY-a daxil edilən kitabların siyahısını açıqlayıb, elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib.
20 Sentyabr 2017 12:57 İqtisadiyyatAMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin təşkili və Milli Rəqəmsal Yaddaş layihəsinin tətbiqi ilə bağlı 2017-ci il üzrə növbəti təlim keçirilib. Təlim MEK-in İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova tərəfindən aparılıb.
"Olaylar" bildirir ki, təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklər, MRY-da iş sisteminin xüsusiyyətləri izah edilib. G.Əhədova 2017-ci il üzrə MRY-a daxil edilən kitabların siyahısını açıqlayıb, elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib. Dəqiqliyin vacib şərt olduğunu vurğulayan təlimçi seçilmiş sənədlərin MRY-a daxil edilməsi ilə bağlı məlumat verib. Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallara aydınlıq gətirilib.