Müxalifətçilər savadsız dindarlardan istifadə etmək istəyirlər

Əkrəm Həsənov: “Müxalifətə qoşulan dindar insanların ideologiyası xaricilik, xəvariclik ideologiyasıdır” Məlum olduğu kimi Milli Şura adlanan qurum yenidən mitinq qərarı verib. Belə ki, əsasən Əli Kərimlinin yaxın ətrafından ibarət olan bu qurum sentyabr ayının 23-də mitinq keçirməyi qərarlaşdırıb. “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulan aksiya ilə əlaqədar artıq Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilib və məlumata görə şəhər meriyası mitinqə icazə verib. Aksiyanın keçirilməsi razılığı alınar-alınmaz Əli Kərimli tərəfdarları yenidən social şəbəkələrdəki “fəallıqlarını” artırıblar. Belə ki, cəbhəçilər sosil şəbəkə vasitəsilə insanları aksiyaya dəstək verməyə çağırıblar. Hər zaman olduğu kimi bu dəfə də Milli Şura ölkənin dindar kəsimini də “yaddan çıxarmayıb”.

Əkrəm Həsənov: "Müxalifətə qoşulan dindar insanların ideologiyası xaricilik, xəvariclik ideologiyasıdır"

Məlum olduğu kimi Milli Şura adlanan qurum yenidən mitinq qərarı verib. Belə ki, əsasən Əli Kərimlinin yaxın ətrafından ibarət olan bu qurum sentyabr ayının 23-də mitinq keçirməyi qərarlaşdırıb. "Məhsul" stadionunda keçirilməsi nəzərdə tutulan aksiya ilə əlaqədar artıq Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilib və məlumata görə şəhər meriyası mitinqə icazə verib.

Aksiyanın keçirilməsi razılığı alınar-alınmaz Əli Kərimli tərəfdarları yenidən social şəbəkələrdəki "fəallıqlarını" artırıblar. Belə ki, cəbhəçilər sosil şəbəkə vasitəsilə insanları aksiyaya dəstək verməyə çağırıblar. Hər zaman olduğu kimi bu dəfə də Milli Şura ölkənin dindar kəsimini də "yaddan çıxarmayıb". Belə ki, cəbhəçilər sosial şəbəkələrdə çağırışlarında ölkənin dini kəsiminin də Milli Şuranın aksiyasına dəstək veəcəklərini və bununla da paytaxtda kütləvi aksiya baş tutacağını iddia ediblər. Mitinqə çağırışlarda cəbhəçilər onu da iddia ediblər ki, guya ölkədə dindarlara qarşı basqılar var. onlar sıxışdırılır, təqiblərə məruz qalırlar. Məhz bu səbəbdən dindarlar Milli Şuranın aksiyasında yaxından iştirak edib öz haqlarını tələb etməlidirlər.

Cəbhəçilər və onların lideri Əli Kərimlinin ənənəvi oynadığı bu oyun təbii ki, sağlam tərzdə düşünən, dinin siyasətdən uzaq olmasının zəruriliyini vurğulayan inanclı insanlar tərəfindən məqbul hesab edilməyib.

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov qeyd edib ki, İslam dini baxımından yanaşdıqda bizim ölkəmiz həqiqətən də tolerant və digər dinlərə və inanclara hörmət göstərən ölkədir. Onun sözlərinə görə, Azərbaycanda dinindən və irqindən asılı olmayaraq hər kəs öz ibadətlərini, adət-ənənələrini qarşılıqlı hörmət şəraitində yerinə yetirir: "Dövlət rəhbəri də buna xüsusi şərait yaradıb. İnanclı insanlar üçün zülm olan heç nə yoxdur. Namaz qılan insanlar bu gün istər evlərində, istərsə də hər hansısa məscidlərdə gözəl şəkildə namazlarını qılır və ibadətlərini yerinə yetirirlər. Elə müxlaifətçilər var ki, onlar savadsız və dini az bilən insanlardan, xüsusi ilə dindarlardan istifadə etmək istəyirlər. Müxalifətə qoşulan dindar insanların ideologiyası xaricilik, xəvariclik ideologiyasıdır. Onlar bu gün dünyada müsəlman rəhbərə qarşı baş qaldırır və insanları mövcud hakimiyyətə qarşı qaldırmağa cəhd edirlər. Bu səbəblə bütün dünyada, xüsusi ilə islam aləmində müsəlman dövlət başçıları belə radikal düşüncəli insanları cəzalandırırlar. Hətta ərəb ölkələrində və İranın özündə belə insanları dar ağacından asırlar. Çünki, belə düşüncəli insanlar xaos yaradan insanlar hesab olunur. Onlar sakitliyi, əmin-amanlığı pozan şəxslərdir". Əkrəm Həsənov bildirib ki, İslama görə belə insanların fikirlərinə məhəl qoyulmur: "Belə ideologiya Misirdə də yayılmışdı. Bütün müsəlman ölkələri bu gün belə yanlış ideologiyalara qarşı birgə mübarizə aparırlar. Allah təala Qurani Kərimdə rəhbərə hörmət göstərməyi və itaət etməyi əmr edib. İslam dininə görə hakimiyyətə qarşı çıxmaq, ölkə rəhbərinə baş qaldırmaq insanı İslamdan xaric edir. Bu əməlin günahlığının böyüklüyü o qədər çoxdur ki, Peyğəmbərimiz belə fikirdə olanları xəvaric adlandırıb. Həmçinin xəlifələrin və imamların dövründə belə insanlara qarşı xəlifələr və imamlar amansız tədbirlər görüb. Həzrəti İmam Əli də öz dövründə ona qarşı çıxanlarla mübarizə aparmış və hakimiyyəti dövründə onlara qarşı amansız tədbirlər görmüşdü. Hətta Həzrəti Əli öz xəlifəliyi dövründə belə insanları diri-diri yandırmışdı. Həzrəti Əlini bundan çəkindirirək bildiriblər ki, Sən Allah kimi cəzalandırırsan. Çünki, Allah təala özünə üsyan edənləri cəhənnəmdə yandıracağını Qurani Kərimdə xəbər vermişdi. Həzrəti Əlinin hakimiyyəti dövründə xəvariclər qalmamış, yalnız 9 nəfər qaçıb özlərini xilas etmişlər. Daha sonra onlar başqa diyara köçərək öz ideologiyalarını yaymışlar. Bu gün müsəlman rəhbərə qarşı çıxanlar məhz xəvaric fikirli insanlardır. Bu gün belə fikirli insanlara İslamın doğru mövqeyini çatdırmaq lazımdır. İslama görə Allaha ibadət və itaət etməli, ölkə rəhbərinə dəstək durmalısan. Çünki, Allah Təala buyurur: "Ey iman edənlər, Allaha, Rəsula və özünüzdən olan əmr sahiblərinə itaət edin!" (en - Nisa 59). Bu ayə ölkə rəhbərinə qarşı çıxmağın qadağan olmasında əsas məqsəddir. Peygəmbər səlallahu aleyhi və səllam dedi: "İtaətsizlik etməyin". Hədisi Müslim rəvayət edib 1855. Mulla Ali Alqari dedi: "İtaətsizlik etməyin, yəni ölkə rəhbərinə qarşı çıxmaqla xüruc etməyin". Siz düşünün ki, ölkə rəhbərinə qarşı çıxmaq dindən çıxmaq kimi böyük günah və asilikdir. Beləliklə ölkə rəhbərinə itaətsizlik xüruc (xəvariclik, dindən çıxmaq) hesab olunur, hansi ki, təhlükəli həlak edici günahdır. Müsəlmanlar belə günahlardan çəkinməlidirlər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31