İqtisadiyyat

O sürücü İŞDƏN QOVULDU

21 Sentyabr 2017 17:30

Sentyabrın 20-də 66 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü işindən azad edilib. Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, sürücü tərəfindən qanunverciliyin, yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntüylə bağlı Agentlik tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb. Sözügedən görüntülərdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlanılması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur. 66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu Agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib.

Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib

21 Sentyabr 2017 16:39

Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Daimi Şuranın yaradılmasının məqsədi, əhəmiyyəti, beynəlxalq təcrübə və gözləntilər haqqında təqdimat olub. Şura üzvləri tələbə və gənclərlə iş sahəsində yeni çağırış və yanaşmalar, mövcud imkanlar, eləcə də Daimi Şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin könüllülük, təşviqat kampaniyalarının aparılması, tələbələr üçün təcrübə proqramlarının dəstəklənməsi kimi mövzular müzakirə edilib. Tələbə və gənclərin istəklərinin daha yaxından öyrənilməsi üçün növbəti görüşün ali təhsil müəssisələrinin birində  keçirilməsi qərara alınıb.

Şamaxıda sahibkarlara güzəştli kreditlər verilib

21 Sentyabr 2017 16:13

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində Form keçirib. Nazirlikdən “Olaylar”a veriln məlumata görə,      Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 1900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit ayrılıb.  

Nazirlik istehlakçı hüquqlarına dair konfrans keçirib

21 Sentyabr 2017 16:11

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçılar üçün növbəti maarifləndirici Konfrans sentyabrın 21-də Samuxda keçirilib. Nazirlikdən “Olaylar" - a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb. Konrfansa İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, qanunvericiliyin tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələri və s. barədə ətraflı məlumat veriblər, tədbir iştirakçılarının suallarını cavablandırılıblar.

Manatın məzənnəsində sabitlik hökm sürür

21 Sentyabr 2017 13:14

Milli valyutanın taleyi daha çox neft gəlirlərindən asılıdır  2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. Mərkəzi bankın yaydığı məlumata görə, bu, neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olub. Yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1,9 mlrd. dollar təşkil edib, ölkənin strateji valyuta ehtiyatları 11,5% artıb. İlin sonuna tədiyə balansında profisitin qorunacağı proqnozlaşdırılır. Manatın dollara nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşayiət olunur.

Azərbaycanda Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı keçiriləcək

21 Sentyabr 2017 12:58

Gələn ilin may ayında MDB məkanında ilk dəfə Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik konfransı Azərbaycanda keçiriləcək. “OLAYLAR” -ın xəbərinə görə, “Gələcəyin limanları: Mərkəzlərin Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adı altında baş tutacaq konfrans bu sahədə tanınan dünya liman rəhbərləri, ekspertlər, logistika və daşımacılıq sahəsində çalışan yüzlərlə mütəxəssisləri Azərbaycana və Bakı Limanına cəlb edəcək. Ölkəmizə təşrif buyuran qonaqlar həm də odlar yurdunun ən səfalı guşələrinə səfər edəcək, xalqımızın adət-ənənələri, mədəniyyəti ilə tanış olacaq, qonaqpərvərliyimizi yaxından hiss edəcəklər.

“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq

20 Sentyabr 2017 20:02

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi çərçivəsində "Pulsuz WiFi" xidmətindən istifadə edənlərin sayı 1 milyona yaxınlaşır.   "Baktelecom" istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə növbəti "Milyonuncu ol, noutbuku sən apar" sloqanlı hədiyyə kampaniyasını elan edib. Beləliklə, "Pulsuz WiFi" şəbəkəsindən istifadə edən 1 milyonuncu istifadəçi noutbuk qazanacaq.

“Caspian Energy Transport Forum”u keçirilib

20 Sentyabr 2017 19:24

Bu gün, sentyabrın 20-də Bakıda "Caspian European Club" və "Caspian American Club" tərəfindən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə təşkil olunan "Caspian Energy Forum" unun xüsusi sessiyasında nəqliyyat sektorunun əsas məsələləri və problemləri müzakirə edilib.  Biznes forumunda çıxış edən Ramin Quluzadə iştirakçılara nəqliyyat sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, müvafiq infrastrukturun təkmilləşdirilməsi, planlar və perspektivlər barədə məlumat verib. Dövlət və sahibkarlar arasında effektiv dialoq üçün yaradılan imkana görə Klub rəhbərliyinə minnətdarlığını bildirən Ramin Quluzadə qeyd edib ki, nazirlik həmişə sahibkarlarla və onları təmsil edən ictimai təşkilatlarla müzakirələr üçün açıqdır. Nazirin sözlərinə görə, belə müzakirələr sahibkarlığın inkişafı və onların qarşısında duran problemlərin həlli, eləcə də nəqliyyat orqanları və biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından çox faydalıdır.

Ziyad Səmədzadə: Yeni Saziş ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir

20 Sentyabr 2017 16:29

“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarına dair yeni Sazişin imzalanması tarixi hadisədir. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Z.Səmədzadə bildirib ki, imzalanmış kontrakt ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir: “Kontrakta əsasən, adı çəkilən yataqların işlənilməsi 2050-ci ilə qədər uzadılır. Sazişdə Azərbaycan üçün daha əlverişli şərtlər nəzərdə tutulub. Bu, Azərbaycan xalqının həyatında yeni mərhələnin başlanması deməkdir. Kontrakt ölkəmizin iqtisadi qüdrətinin güclənməsi, maliyyə imkanlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir”.  .

Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib

20 Sentyabr 2017 16:02

Türkiyə Respublikası Yeditepe Universitetinin dosenti, Azərbaycanın Əməkdar rəssam, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədri Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib.Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, T.Rzayev Türkiyə ilə Rusiya Federasiyası arasındakı mədəniyyət və sənət əlaqələrinin inkişafındakı xidmətlərinə görə həmin medala layiq görülüb.

Dəmir yolunda mülki müdafiə təlimi keçirilib 

20 Sentyabr 2017 16:01

 «Azərbaycan Dəmir Yolları» QSC-nin 2017-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, H.Z.Tağıyev-çeşidləmə dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bununla əlaqədar olaraq H.Z.Tağıyev-çeşidləmə dəmir yolu qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri və şəxsi heyəti, eləcə də stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunmuşdur.

MDB məkanında rusiyalı turistlərin ən çox səfər etdiyi 3-cü şəhər Bakıdır

20 Sentyabr 2017 15:45

Bakı rusiyalı turistlərin MDB məkanında ən populyar şəhərlər seçimində TOP-3-ə düşüb. “TurStat” agentliyinin araşdırmasının nəticələrinə əsasən, Bakı rusiyalı turistlər arasında ən populyar MDB şəhəri Minsk və Astanadan (Qazaxıstan) sonra III yeri tutub. Bu barədə "Lenta.ru" yazıb. Turistlər Belarus paytaxtına orta hesabla 2,5 günlük səfər edirlər. Burada orta xərc bir gün üçün təxminən 70 dollar təşkil edir. II yerdə Astana (2 gün; 85 dollar/gün), III yerdə Bakı (3 gün, 78 dollar/gün) sıralanıb. Həmçinin, “TOP 10”a Yerevan, Almatı, Daşkənd, Aşqabad, Kiyev, Kişinyov və Bişkek daxildir.

Özbəkistan portallarında “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması haqqında materiallar verilib

20 Sentyabr 2017 15:37

Özbəkistanın kun.uz və 1news.uz portallarında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə bağlı özbək və rus dillərində materiallar verilib. Məqalələrin əvvəlində bildirilir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Qeyd olunur ki, Azərbaycan “Əsrin müqaviləsi”ni daha 25 il uzadıb, yeni sazişdə SOCAR-ın payı 11,65 faizdən 25 faizə qaldırılıb, bu sazişdən Azərbaycan Dövlət Neft Fondu 3,6 milyard dollar həcmində bonus alacaq.

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

20 Sentyabr 2017 15:10

«…Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur.» Ölkə Prezidenti İlham Əliyevin bu sözlərinin üz qabığında yer aldığı «İki sahil» qəzetinin Neftçilər Gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb. 240 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir. «Əsrin müqaviləsi»ndən ötən 23 illik tarixi yol Azərbaycanın qazındığı uğurların təqdimatı kimi dəyərləndirilir. Xüsusi buraxılışın birinci səhifəsində qeyd edilən ulu öndər Heydər Əliyevin ««Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirləri bu təqdimatın əsasını təşkil edir. Növbəti səhifədə 23 illik yolun zərurətə çevirdiyi yeni Sazişin imzalanması mərasimində ölkə Prezidenti İlham Əliyevin çıxışı yer alıb.