İqtisadiyyat
Azərbaycanın iqtisadi göstəriciləri inkişaf etmiş ölkələri geridə qoyur
Azərbaycanın dünyada siyasi nüfuzu ilə paralel iqtisadi reytinqi də artmaqda davam edir. Dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirən Azərbaycan artıq sosial dövlət modelinin ixracatçısına çevrilib. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir.
Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı"nda 35-ci oldu
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.
Neftin bahalaşmasına hansı amillər təsir göstərir?
Artıq bir neçə ildir ki, nəzərə çarpacaq dərəcədə aşağı düşən neft qiymətlərində son vaxtlar az da olsa artım müşahidə edillir. Düzdür, hazırkı qiymətlər əsas neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün o qədər də səmərəli sayılmasa da, lakin bütün halda qiymətlərin az da olsa artması iqtisadiyyata müəyyən mənada öz müsbət təsirini göstərir. Nəzərə alsaq ki, bir müddət əvvəl Bakıda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsi ilə bağlı yeni bir müqavilə imzalandı və həmin müqavilə 2050-ci ilə qədər olan dövrü əhatə edəcək, o zaman dünya bazarlarında neftin qiymətlərinin artmasının Azərbaycana əsaslı dərəcədə müsbət təsir göstərəcəyini söyləyə bilərik.
İstehlakçılar müqavilə bağlayarkən nəyə diqqət etməlidirlər?
Son vaxtlar insanların dövlət və özəl qurumlar tərəfindən aldadılması məsələsi gündəmi zəbt edib. Ən xırda görülən işdən tutmuş bank əməliyyatları və mənzil alqı-satqısına qədər vətəndaşların aldaılmasının şahidi oluruq. Belə ki, tərəflər arasındakı münasibətlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq bir çox hallarda sadə vətəndaşların etibarından sui-istifadə hallarına yol verilir. Daha dəqiq, görülən işlər və xidmətlərə görə imzalanan müqavilələr əksər hallarda vətəndaşlar tərəfindən oxunmadan tərtib edilir. Hüquqçünas Alim Hüseynli bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, görülən işlər və göstərilən xidmətlər tərəflər arasında bağlanan müqavilə əsaında həyata keçirilməlidir.
“Turizm həftəsi” davam edir
Sentyabrın 27 – də Mədəniyyət və Turizm Baş İdarəsi Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edib. “Olaylar” bildirir ki, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.
Azər Xəlilov: ““ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb, üç nəfər işdən çıxmaq üçün müraciət edib"
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
Növbəti ixrac missiyası Macarıstana gedir
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 1-4 oktyabr tarixlərində Macarıstana təşkil olunacaq. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar.
Dünyada enerji resurslarına olan tələbat artır
Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə deməyə əsas verir ki, enerji resurslarına olan tələbat ilbəil artmaqdadır. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.
SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olublar
SOCAR Midstream Operations MMC tərəfindən idarə və istismar olunan “AzTAP GmbH” şirkətinin nümayəndələri “TAP AG” Direktorlar Şurasının iclasında iştirak etmişlər.Daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniya və Yunanıstana səfər edib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirilib, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə edilib. SOCAR təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunub. Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52.8% və ümumilikdə isə 57% təşkil edir.
Turistlərin Azərbaycanda qoyduğu 1,3 milyard
2017-ci ilin birinci yarısında Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı xidmətləri 6,2 milyard dollar təşkil edib. Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir. Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur. Hesabata əsasən, bunun 4,1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2,1 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
V“Neft 70 dollara kimi bahalaşa bilər”
“Proqnoz verilirdi ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında hasilatın tənzimlənməsi ilə bağlı sazişin uzadılması istiqamətində növbəti razılığın əldə olunması, digər tərəfdən ABŞ-ın Texas ştatında fırtına səbəbindən hasilatın bir qədər aşağı düşməsi, ard-arda son 3 ayda demək olarki ABŞ-ın qlobal rezervlərinin azalması fonunda neftin qiymətində bahalaşma prosesi gedirdi”.
“Qarabağ”–“Roma” görüşünün tamaşaçıları üçün BNA xüsusi ekspress xətt avtobusları təşkil edəcək
27.09.2017 tarixində Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq.
BP şirkəti ilə DGK arasında əməkdaşlıq yüksək səviyyədədir
Sentyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 1994-cü ilin sentyabr ayında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırıb.
"Ərimi otaq yoldaşları öldürüb" - Ukraynada ölən türk biznesmenin azərbaycanlı xanımı
Ukraynanın Xarkov şəhərində bir neçə gün öncə dünyasını dəyişən 47 yaşlı türk iş adamı Hayrettin Gök dərman verilərək öldürülüb. Bunu biznesmenin azərbaycanlı həyat yoldaşıAytəkin Mustafayeva bildirib. O, Ukrayna polisində izahat verərək ərinin cinayətə qurban getdiyini deyib. A.Mustafayeva qeyd edib ki, ərinə eyni evdə kirayə qalan otaq yoldaşları dərman veriblər: "Həmin dərmandan sonra həyat yoldaşım infarkt keçirib. Otaq yoldaşları onun cibindəki pulunu, telefonunu və digər dəyərli əşyalarını götürüblər. Mənim həyat yoldaşımı öldürüblər. O, mələk kimi insan idi. Heç kimi incitməzdi", - deyə qadın bildirib.
Banklardan kredit götürmək müşkülə çevrilib
Gələn ay “Kredit büroları haqqında” Qanun qəbulunun bir ili tamam olur. Ancaq təəssüf ki, bu müddət ərzində hələ də kredit bürosı yaradılmayıb. Büronun yaradılması prosesi ciddi səbəb olmadan uzanır. Biz büronun tezliklə fəaliyyətə başlayacağını gözlədiyimiz halda məlum olur ki, qurum ümumiyyətlə dövlət qeydiyyatına alınmaq mərhələsini keçməyib. Halbuki hüquqi baza yaradıldıqdan sonra kredit bürosunun qəbulu daha çox texniki xarakter daşıyır. Banklar xeyli vaxtdır bu istiqamətdə işləyirlər və müəyyən kadr bazasını da formalaşdırıblar. Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində kredit bürosunun yaradılması maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin əsas prioritetlərinə daxildir.













