İqtisadiyyat

Azərbaycan düzgün yoldadır

2 Oktyabr 2017 13:19

Bu günlərdə Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" açıqlandı. Hesabatda ölkəmiz keçən illə müqayisədə daha iki pillə irəliləyərək 35-cı sırada qərarlaşıb.  Keçən illə müqayisədə Azərbaycanın mövqeyinin yaxşılaşması və iki pillə irəliləməsi ölkədə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir.

Prezident Şamaxıda üzüm bağları ilə tanış olub

2 Oktyabr 2017 12:32

Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub. Məlumata görə, dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. “Az-Qranata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.

Prezident İlham Əliyev Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib

2 Oktyabr 2017 12:14

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib

29 Sentyabr 2017 18:22

Stavropolda "İnvestisiyalar, innovasiyalar, turizm" mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət böyük nümayəndə heyəti iştirak edib. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda "dəyirmi masa"lar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb.

Türkiyə mətbuatı ölkəmizin turizm imkanlarından yazıb

29 Sentyabr 2017 18:13

Bu günlərdə Türkiyənin populyar mətbuat orqanlarından “Vatan”, “Sözcü”, “İstiklal Gazetesi”, “Dünya”, “Diriliş Postası” və “Yeniçağ” gündəlik qəzetlərində Azərbaycanın turizm imkanlarından bəhs edən məqalələr dərc olunub. “OLAYLAR”-ın xəbərinə görə,  Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın açıqlamaları əsasında hazırlanan və “Azərbaycan türkiyəli yatırımçıları və turistləri gözləyir” sərlövhəli məqalələrdə ölkəmiz turizm imkanları haqqında geniş məlumat verilir.

Estakadayanı meydança əsaslı təmir edilib

29 Sentyabr 2017 18:06

SOCAR istismar etdiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, estakada, meydança və özüllərin daha keyfiyyətli istismarının təmin edilməsi, mövcud infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəliləməsi iqtisadi uğurlarımızın göstəricisidir

29 Sentyabr 2017 18:02

“Dünya İqtisadi Forumu "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması iqtisadi uğurlarımızın göstəricisidir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə,  bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Lənkəranda çayçılıq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması təşviq olunur

29 Sentyabr 2017 15:38

Sentyabrın 29-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Lənkəran rayonunun Darquba kəndində keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq və çayçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Deputat: Təşvişə ehtiyac yoxdur

29 Sentyabr 2017 15:36

Sentyabrın 30-da manatın yenidən devalvasiya edəcəyi barədə məlumat yayılıb. Buna səbəb həmin günün şənbə günü olmasına baxmayaraq Mərkəzi Bank tərəfindən kommersiya banklarına iş başında olmaları barədə verilən göstərişdir. İqtisadçı ekspert Vüqar Bayramov “Olaylar”a bildirib ki, mantın devalvasiya olub-olmayacağı barədə sualın cavabı Mərkəzi Bankdadır: “Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi

29 Sentyabr 2017 15:19

Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır. Cənab Prezidentin bölgələrdə keçirdiyi müşavirələr qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət edir. Etiraf etmək lazımdır ki, əvvəllər bu sahələr inkişaf edə bilmirdi, çünki infrastruktur yox idi.

Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında liderliyini qoruyur

29 Sentyabr 2017 15:16

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin yaxşılaşması və MDB ölkələri arasında birinci olması ölkəmizdə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki  regionda, eləcə də dünyanın inkişaf etmiş ölkələri arasında  ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkədir. 

Ağstafada sahibkarlar üçün treninq keçirilib

27 Sentyabr 2017 18:06

Sentyabrın 27-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada sahibkarlar üçün treninq keçirilib. Nazirlikdən “Olaylar”a verilən mlumata görə, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Menecment” mövzularını əhatə edən treninqdə yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı, menecment və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Belarus Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır

27 Sentyabr 2017 18:04

Sentyabrın 27-də İqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko ilə görüşündə bu barədə müzakirə aparılıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan-Belarus əlaqələrinin iqtisadiyyat, ticarət və humanitar sahələr olmaqla, iqtisadiyyatın bir çox sahələrini əhatə etdiyini və uğurla inkişaf etdiyini vurğulayıb.

Direktor: "Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəliləməsi digər hesabatlara da müsbət təsir edəcək"

27 Sentyabr 2017 17:36

"Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması digər nüfuzlu reytinqlərdəki mövqeyimizə də müsbət təsir edəcək". Bunu açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Azərbaycanın  iqtisadi göstəriciləri inkişaf etmiş ölkələri geridə qoyur

27 Sentyabr 2017 17:33

Azərbaycanın dünyada siyasi nüfuzu ilə paralel iqtisadi reytinqi də artmaqda davam edir. Dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirən Azərbaycan artıq sosial dövlət modelinin ixracatçısına çevrilib. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir.