İqtisadiyyat
“Milli iqtisadiyyat perspektivi” əsas strateji yol xəritəsi hesab edilir
"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 32 faizi icra olunub, 59 faizinin icrasına başlanılıb. Bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. Sənəddə qeyd edilib ki, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə tədbirlərin 33 faizi icra olunub, 67 faizinin icrasına başlanılıb, insan kapitalının inkişaf etdirilməsi üzrə tədbirlərin 46 faizi icra olunub, 36 faizinin icrasına başlanılıb, əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə tədbirlərin 13 faizi icra olunub, 75 faizinin isə icrasına başlanılıb.
Özəlləşdirmə prosesində hərraclara daha çox üstünlük verilir
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda xammal-emal-istehsal zəncirinin təmin edilməsi məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi, bu sahədə innovasiyaların və yeni yanaşmaların tətbiqi ilə bağlı bir sıra tapşırıqlar verilmişdir.
BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub
2017-ci ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub.
Keçən ay Ceyhan limanından 1,9 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2017-ci ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 140 min 954 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Ekologiya statistikasına dair beynəlxalq tədbirlər keçirilir
İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ekologiya statistikası və göstəriciləri” üzrə birgə məqsədli işçi qrupunun 14-cü sessiyası və İqlim dəyişikliyi ilə bağlı statistik məlumatların istehsalçıları və istifadəçiləri üçün forum keçirilir. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.
Aqrar sahənin inkişafı ixrac imkanlarımızı genişləndirir
“Postneft dövründə Azərbaycanın müəyyənləşdirdiyi prioritet inkişaf istiqamətlərindən biri aqrar sektorla bağlıdır. Ölkəmizdə dövlətin qeyri-neft sektorunun mühüm bir qolu kimi kənd təsərrüfatının üstün inkişafının təmin olunmasına güclü siyasi iradə nümayiş etdirməsi isə heç də təsadüfi deyil”.
Azərbaycan OPEC+ sazişinə sentyabrda da əməl edib
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib. Energetika Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlik Azərbaycanın cari ilin sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Azərbaycan Aİ ilə əməkdaşlığın genişlənməsində maraqlıdır
Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Azərbaycan Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib.
Azərbaycan OPEC+ sazişinə sentyabrda da əməl edib
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib. Energetika Nazirliyi Azərbaycanın cari ilin sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 733 min barrelini xam neft, 52,7 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 52,7 min barrel kondensat, 19,3 min barrel isə neft məhsulları ixrac edilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda isə 734,8 min barrel olub. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.
“SUEZ Groupe” nümayəndələri SOCAR-da olmuşlar
Oktyabrın 3-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Fransanın “SUEZ Groupe” şirkətinin vitse-prezidenti Manuel Niveti və şirkətin Azərbaycan filialının direktoru Alain Carboneli qəbul edib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Manuel Nivet “SUEZ Groupe” şirkətinin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, istehsalat-tullantı, habelə lay sularının emalı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi, tullantıların idarə olunması sahələrində SOCAR ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
Keçən ay 9979 metr qazma işi həyata keçirilib
2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 9042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub.
Millət vəkili: Strateji yol xəritələri ölkəmizin dayanıqlı inkişafı üçün mayak rolunu oynayır
Strateji yol xəritələri ölkəmizin dayanıqlı inkişafı üçün mayak rolunu oynayır. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Pavlo Klimkin: Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsində 66 faiz artım olub
Cari ilin 9 ayı ərzində Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə 66 faiz artım qeydə alınıb. Məlumata görə, bunu bu gün Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransında deyib.
Ölkədə əlverişli biznes mühiti formalaşıb
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi müsbət nəticəsini verməkdədir “2016-cı il və 2017-ci ilin birinci yarımili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq Komissiyaya təqdim edilib”.














