BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

2017-ci ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub. 

2017-ci ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub. 

Bundan başqa, 2017-ci ilin sentyabr ayında BTC kəməri ilə 491 min 931 ton Türkmənistan nefti nəql olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31