Keçən ay Ceyhan limanından 1,9 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2017-ci ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 140 min 954 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
5 Oktyabr 2017 13:36 İqtisadiyyat2017-ci ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 140 min 954 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.