İqtisadiyyat
“ANUGA” Sərgisində Azərbaycan məhsulları maraqla qarşılanır
Almaniyada keçirilən “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi və burada nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan stendində sərgi ziyarətçilərinə ixracatçı şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib, çap materialları paylanıb.Sərgi çərçivəsində Monqolustan, İsveçrə və Rumıniyaya nar, qurudulmuş meyvə, qənnadı məmulatları ixracına dair danışıqlar aparılıb, bir sıra sifarişlər qəbul edilib.
Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb
Azərbaycanın özünəməxsus xüsusiyyətlərindən biri də ölkəmizdə milli və dini tolerantlığın təmin olunması, multikulturalizmin geniş formada yayılmasıdır. Elə bu xüsusisyyətlərinə görədir ki, günümüzdə Azərbaycan dünyada ən multikultural ölkə olaraq tanınır. Ölkəmizdə dini və milli tolerantlığın yüksək səviyyədə təmin olunmasının göstəricisidir ki, dünyanın nüfuzlu beynəlxalq təşkilat və qurumları özlərinin mühüm əhəmiyyət kəsb edən, bəşəriyyət üçün vacib hesab olunan toplantılarını, forumlarını Bakıda keçirir, həmin tədbirlərə Azərbaycanın evsahibliyi etməsini alqışlayırlar.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində
Son illər ölkədə ciddi diqqət yetirilən və bu istiqamətdə məqsədyönlü addımlar atılan sahələrdən biri də qeyri-neft sektorudur. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət hələ 2004-cü ildən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başladığı vaxtdan etibarən start verilsə də, lakin son bir neçə ildə bu sahənin inkişafı daha da prioritet olub. Xüsusilə, biz bu müsbət tendensiyanı 2014-cü ildən, dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra daha ciddi şəkildə müşahidə etməyə başladıq.
“Rossiya 24” kanalında Azərbaycan məhsullarına dair reklam çarxlarının yayımına başlanıb
Oktyabrın 5-dən etibarən Rusiyanın “Rossiya 24” federal kanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxlarının yayımlanmasına başlanılıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqinə dair Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütləvi informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-dək davam edəcək. Qeyd edək ki, reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında müvafiq çəkiliş qrupu Azərbaycan regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıblar. Reklam çarxları ilə bu linklərdən tanış olmaq olar:
Vətəndaşlar niyə banklardan şikayət edirlər?
Azərbaycanda ardıcıl həyata keçirilən iqtisadi islahatlar bir sıra sahələrdə ciddi naliyyətlərin əldə edilməsilə nəticələnib. Xüsusilə qeyd edilməlidir ki, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektoru son illər ərzində bir sıra mühüm nailiyyətlərlə müşahidə olunmaqdadır.
Azərbaycan məhsulları “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq
Almaniyanın Köln şəhərində “ANUGA” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayacaq. Oktyabrın 11-dək davam edəcək sərgidə müxtəlif ölkələrdən 7400-dən çox şirkətin məhsulları nümayiş olunacaq. Bu barəd İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hər il təqribən 160 min ziyarətçinin qatıldığı “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavillionlarında “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunacaq.
Mənsimovdan Türkiyəyə 1.5 milyardlıq sərmayə
"Palmali Holding" şirkəti Türkiyənin gəmiçilik, turizm və tikinti sektoruna 1,5 milyard dollardan çox sərmayə yatırıb. Bunu şirkətin Direktorlar Şurasının rəhbəri, azərbaycanlı milyarder Mübariz Mənsimov (Qurbanoğlu) bildirib. Onun sözlərinə görə, bu gün dəniz ilə yükdaşımaları sahəsi heç də yaxşı dövrlərini yaşamır, lakin "Palmali Holding" 2019-2020-ci illərdə bu bazara çıxmağı planlaşdırır. "Palmali Holding"in ixtiyarında 200 gəmi var. Onların bir hissəsi sığortalanıb. Biz ilk fürsətdəcə yeni gəmilər almaq və gəmilərimizin orta yaş həddini 5 il səviyyəsində saxlamaq niyyətindəyik. "Palmali Holding"in əməkdaşlarının sayı 35-45 min nəfərdir. Biz vaxtaşırı olaraq Türkiyədə imkanların qiymətləndirilməsini aparırıq.
“SOCAR PETROLEUM” QSC “ASAN Radio” ilə birgə sürücülər üçün kampaniya keçirir
“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti hər il olduğu kimi bu il də müştəriləri üçün kampaniya keçirir. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə gör, bu gün müştərilər yüksək keyfiyyətli xidmət təklif edən, müasir standartlara cavab verən yanacaqdoldurma stansiyalarına üstünlük verirlər. Kampaniyanın gedişində həftə içi 3 gün fərqli saatlarda “ASAN Radio”nun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Hər verilişdə radionun aparıcısı tərəfindən elan olunan ASAN xidmətə birinci yaxınlaşan sürücü qalib hesab olunacaq və 30 manatlıq kuponla mükafatlandırılacaq.
Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib
Ölkədə fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, bununla bağlı oktyabrın 6-da Zaqatala rayonunda dövlət qurumlarının nümayəndələrinin, tütün istehsalı və ixracı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
İsveç aeroportunda baqajda partlayıcı aparan şəxs saxlanılıb
Baqajında partlayıcı qurğu olan 20 yaşlı şəxs saxlanılıb. Məlumata görə, bu barədə İsveç polis idarəsinə istinadən yerli KİV xəbər yayıb.
Lənkəranda sahibkarlar üçün treninq keçirilib
Oktyabrın 6-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Xolmili kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "İstehsal sahələrinin idarə edilməsi" mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin xüsusiyyətləri və məhsul ixracının artırılmasında rolu, istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumat verilib. Tədbirdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.
Məhəbbət Vəliyeva: "Qafar Hüseynov xəstəliyə görə işə çıxmır"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva 200 və 43 saylı Məktəb-lisey kompleksinin direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib. M.Vəliyeva jurnalistlərə bildirib ki, məktəb-liseyin direktoru hazırda sağlamlıq vəziyyətinə görə işə çıxmır.
“Dədə Qorqud” parkı da “Pulsuz Wi-Fi”-la təmin olundu
“Baktelecom” “Pulsuz Wi-Fi” zonalarının sırasına daha birini əlavə etdi. Bu gündən etibarən “Dədə Qorqud” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər. Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.
Dövlətin güzəştli kreditləri hesabına startap layihələrinin maliyyələşdirilməsi təşviq olunur
Oktyabrın 5-də Xırdalan şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, tara istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadi islahatların qarşısında dayanan ən böyük maneə
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda əksər ölkələr kimi Azərbaycanda da maliyyə sektorunda xoşagəlməz proseslərin baş verməsi ölkənin daha çox bank sektoruna özünün mənfi təsirlərini göstərdi. Bir-birinin ardınca baş verən devalvasiya, banklarla müştəriləri arasında meydana çıxan problemlər bu sektordakı bir neçə bankın müflis olmasına, bağlanmasına gətirib çıxardı.














