Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib
Ölkədə fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, bununla bağlı oktyabrın 6-da Zaqatala rayonunda dövlət qurumlarının nümayəndələrinin, tütün istehsalı və ixracı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
6 Oktyabr 2017 16:31 İqtisadiyyatTelman Həsrətov Assosiasiyasının İdarə Heyətinin sədri seçilib
Ölkədə fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bununla bağlı oktyabrın 6-da Zaqatala rayonunda dövlət qurumlarının nümayəndələrinin, tütün istehsalı və ixracı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Tədbirdə tütünçülüyün inkişaf etdirilməsi istiqamətində dövlət başçısının verdiyi tapşırıqlar və "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində görülən işlər diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması tütün və tütün məmulatları istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, bu sahənin inkişafını daha da sürətləndirmək, istehsalı və ixracı artırmaq baxımından əhəmiyyətlidir və İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcək. Yekunda sahibkarların təklifi əsasında Assosiasiyanın təsis olunması qərara alınıb, Assosiasiyanın idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Tütün istehsalçısı Telman Həsrətov Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.