İqtisadiyyat

Keçən ay dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib

16 Oktyabr 2017 13:35

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat vəsait ödənilib.

Ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb

13 Oktyabr 2017 14:57

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan qlobal böhran şəraitində stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına gəlirlərimizin həcmi artıb. Həmin dövrdə qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb, qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Bütün bu göstəricilər öz-özlüyündə ölkədə qeyri-neft sektorunun inkişaf etməsinin bariz nümunəsidir və təsadüfi deyil ki, əksər ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Aydın Hüseynov hesab edir ki, hazırda Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edir. İqtisadiyyatın əsas inkişaf indikatoru olan qeyri-neft sektorunda 2,5 faiz artıb.

İri dövriyyəli pərakəndə satış obyektləri daha çox vergidən yayınırlar

13 Oktyabr 2017 14:46

Azərbaycanda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə ciddi islahatlar həyata keçirilir. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsilə paralel, müasir informasiya kommunikasiya texnologiyaların tətbiqinə də üstünlük verilir. Lakin bütün görülən işlərə baxmayaraq hələ də vergidən yayınma hallarını tam şəkildə aradan qaldırmaq mümkün olmayıb.

Rəqabət Məcəlləsinin qəbuluna kimlər maneə olur?

13 Oktyabr 2017 14:45

Milli Məclisin son iclasında bir sıra deputatlar ölkənin bank sistemində ciddi problemlərin olduğunu və yaranmış vəziyyətin iqtisadi inkişafa mənfi təsir etdiyini diqqətə çatdırdılar. Lakin məsələnin ciddiliyi hələ də bank sektorunu yerindən tərpədə bilməyib. Belə ki, ötən müddət ərzində qldırılan məsələlərin həlli istiqamətində hansısa addımın atılmasının şahidi olmamışıq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bank sistemi ilə əlaqədar ölkə başçısının da müəyyən iradları var: “Yadınızdadırsa, keçən il Prezident İlham Əliyev hökumətin hesabatında çıxış edərkən dedi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyanı bank sistemi vurub.

Bakıda insanları zəhərləyən supermarketlər var — EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ

13 Oktyabr 2017 13:00

Bir neçə marketdə olduq. Bu marketlərdə müştərilərin ixtiyarına verilən elə məhsul var idi ki, onun qiymətindəki fərq 3-4, bəzən isə 5 manata qədər çatırdı. Qiymət fərqi xarici məhsullarda daha çox nəzərə çarpır. Lakin bu məqamda gömrük rüsumu və digər xərclər bəhanə edilə bilər. Bu səbəbdən də, əsas diqqətimizi yerli istehsalata yönəltdik. Məsələn, bir marketdə eyni şirkətə məxsus, eyni qablaşdırmada olan toyuğun kiloqramı 5,80 AZN idisə, digərində bu 3,40 AZN idi. Kiloqramı 15 AZN olan eyni adlı yağı isə digər dükanda 11,20 AZN-ə verirdilər.

Göyçay və Ağdaşda alimlərin mühazirələri təşkil olundu

12 Oktyabr 2017 16:05

Bilik Fondu “İslam Həmrəyliyi İli" çərçivəsində müxtəlif bölgələrin orta ixtisas, peşə və ali təhsil müəssisələrində, ictimai xadimlərin mühazirələrini, görüşlərini təşkil edir. Olaylar bildirir ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin təhsil ocağınıın kollektivi ilə görüşü olub. Tədbiri Kollecin direktoru Xəlil Orucov açaraq, ölkənin uğurla aparılan daxili və xarici siyasətinin mahiyyəti barədə dolğun məlumat almaları üçün müəllim və tələbələrin belə görüşlərə ehtiyacı olduğunu bildirib. Bilik Fondunun Göyçay rayon nümayəndəsi, Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbinin direktoru Sevda Vəliyeva Fondun maarifləndirici fəaliyyətindən danışıb.

İranın iqtisadiyyat naziri Azərbaycana gəlir

12 Oktyabr 2017 15:53

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Azərbaycana səfər edəcək. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi bildirib ki, səfər 23-24 oktyabrda baş tutacaq.

Bakı-Novorossiysk kəməri ilə 1,5 mln ton neft nəql olunacaq

12 Oktyabr 2017 12:59

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır".

PwC: Rusiyaya qarşı sanksiyalar yürüdüldükdən sonra Qərb şirkətləri Azərbaycanı seçdi

11 Oktyabr 2017 18:04

"Neftin kəskin ucuzlaşmamışdan öncə Azərbaycan postsovet məkanında ən yaxşı makroiqtisadi göstəricilərə malik idi. Belə ki, ölkənin xarici borcunun ÜDM-ə nisbəti olduqca aşağı, milli valyutası sabit, strateji valyuta ehtiyatlarının həcmi isə yüksək idi. Lakin neftin ucuzlaşmasından sonra vəziyyət dəyişdi, nəticədə ölkənin gəlirləri və ehtiyatları azaldı. Beləliklə, hökumət Azərbaycana yeni gəlir və ya investisiya cəlb etmək üçün yollar axtarmağa başladı".

Hansı məhsullar daha çox bahalaşıb

11 Oktyabr 2017 16:10

Bu ilin 9 ayı ərzində infyasiya səviyyəsi 13.9 faiz olub. Dövlət Statustika Komitəsindən “Olaylar”a verilən məlumata görə, müvafqi dövrdə ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Həmçinin cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.

Sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan qadınlar üçün şans

11 Oktyabr 2017 16:08

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edib.

Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalmaqdadır

11 Oktyabr 2017 15:19

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

Azərbaycan qarşısına qoyduğu hədəflərə çatıb

11 Oktyabr 2017 14:33

Azərbaycan car il üçün qarşısına qoyduğu hədəflərə mərhələ-mərhələ nail olmaqdadır. Yeni dövr, situasiya üçün əsas hədəf ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsidir ki. əslində ölkəmiz bu sektorunun inkişafına hələ dünyada neft böhranı başlamadan öncə start verib.

Mərkəz: Devalvasiyadan sonra Gürcüstan və Türkiyəyə axan vəsaitləri geri qaytara bildik

11 Oktyabr 2017 13:59

"Azərbaycan Mərkəzi Bankı (AMB) mütəmadi olaraq bazarda monitorinqlər aparır. Tənzimləyicinin əsas vəzifələrindən biri də inflyasiyanı hədəflənən səviyyədə saxlamaqdır. Bir çoxları deyir ki, Azərbacanda uçot dərəcəsi yüksəkdir. Bu səbəbdən ölkədə kreditlər yüksək faizlərlə verilir. Razıyam. Lakin reallıq nədən ibarətdir? Məsələ burasındadır ki, AMB maliyyə axınını təmin edərsə, inflyasiya sürətlənər, qiymətlər artar". Bu barədə İqtisadi İslahatların Təhlili və  Kommunikasiya Mərkəzinin eksperti Vüsal Musayev Azərbaycan-Almaniya biznes forumunun iştirakçılarının suallarını cavablandırarkən bildirib.

Azərbaycanın Yol Xəritəsi açıqlandı - YALNIZ FAKTLAR

10 Oktyabr 2017 17:14

Azərbaycanın hərtərəfli və dinamik inkişafı aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir.