İqtisadiyyat

Azərbaycan standartlarının 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb

18 Oktyabr 2017 13:19

Hazırda ölkəmizdə 960-dan çox milli standart qüvvədədir ki, bu standartların 45%-i Avropa və beynəlxalq standartlarına uyğunlaşdırılıb. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, hazırda iqtisadiyyatın aparıcı sahələri olan qida, neft-qaz məhsulları, informasiya texnologiyaları, kənd təsərrüfatı, tikinti materialları, nəqliyyat sahələri üzrə 13 milli texniki komitə fəaliyyət göstərir.

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni körpünün təməli qoyulub

18 Oktyabr 2017 12:34

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib. Məlumata görə, mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib

18 Oktyabr 2017 11:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Azərbaycan-Belarus biznes forumu keçirilib

18 Oktyabr 2017 11:40

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib.

Lənkəranda gənclər üçün treninq keçirilib

18 Oktyabr 2017 11:39

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün treninq keçirilib.

Nazirliyə edilən müraciətlərin 70,4 faizi müsbət həll olunub

18 Oktyabr 2017 11:38

 2017-ci ilin 9 ayı ərzində vergi orqanlarına 74 609 müraciət daxil olub ki, onların 93,2 faizi ərizə, 7,3 faizi şikayət, 0,2 faizi təklifdir.Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, müraciətlərin 38,7 faizi müxtəlif arayışların alınması, 31,6 faizi kameral vergi yoxlamaları, 10,4 faizi vergi borcları, 2,8 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 2,5 faizi vergi qanunvericiliyinin tətbiqi və digər məsələlərlə bağlıdır. Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4 faizi müsbət həll olunub.

Azərbaycan Türkiyənin üçüncü ən iri investorudur

17 Oktyabr 2017 16:05

2017-ci ilin ilk 8 ayı ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 4,851 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8% çoxdur. Bu barədə Türkiyə Mərkəzi Bankının açıqladığı statistikada deyilir.

Büdcə kəsiri 738.6 milyon manat olub

17 Oktyabr 2017 14:39

Bu ilin 9 ayında dövlət büdcənin ilikin məlumatları açıqlanıb. Cari ilin yanvar-sentyabr ayları üzrı büdcə kəsirinin həcmi 738.6 miyon manat olub. Bu isə ümumi daxili məhsulun 1.5 faizi həcmindədir.

Dekorativ balıqlar və tibb zəlisi yetişdirilir

17 Oktyabr 2017 13:28

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar və tibb zəlisi yetişdirilir. Olaylar bildirir ki, hazırda institut tərəfindən “Mingəçevir Elmi-Təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, həmçinin “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır.

Zakir Nuriyev: "Bank sektorunda 6 milyard manatdan çox likvid vəsait yaranıb"

17 Oktyabr 2017 12:40

"Faiz gəlirlərinin azalması banklara çətinlik yaratmayacaq". Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Altı tələbənin ölümü ilə nəticələnmiş qəzada zərərçəkənlərə 41250 manat ödənilib

17 Oktyabr 2017 12:03

2017-ci ilin martın 9-da Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan "Ford" markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.

Azərbaycan-Rusiya sərhədində yeni körpünün tikintisinə sabah start veriləcək

17 Oktyabr 2017 11:24

Oktyabrın 18-də Rusiya-Azərbaycan sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün tikintisinə start veriləcək.  Bu barədə Rusiyanın Federal Nəqliyyat Agentliyinin yaydığı məlumatda deyilir.

Azərbaycan- ABŞ biznes forumu keçirilib

16 Oktyabr 2017 17:08

Oktyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-ABŞ biznes forumu keçirilib.

Neft bazarına alternativ yaradılır

16 Oktyabr 2017 14:03

Dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmür. Xüsusən, neftin dəyərinin aşağı düşməsi bir sıra ölkələri ciddi addımlar atmağa vadar edir. Məsələ orasındadır ki, iqtisadiyyatı neftdən asılı olan ölkələr altrnativ yanacaq növlərinin tətbiqinə üstünlük verirlər. Maraqlıdır, bunula iqtisadi tənəzzülün qarşısını almaq mümkün olacaqmı?

Azərbaycana qarşı kapmaniyanın arxasında kimlər dayanır?

16 Oktyabr 2017 13:58

Azərbaycana qarşı növbəti kampaniya həyata keçirilir.  Əvvəlki antiAzərbaycan kampaniyasından fərqli olaraq bu dəfə məlum şəbəkə maksimum imkanlarını işə salıb. Bütün mümkün vasitələrdən istifadə edilir ki, diplomatik sahədə Azərbaycana zərbə vurulsun, onun beynəlxalq imicinə xələl gəlsin. Hətta ölkəmizin bir neçə beynəlxalq təşkilatdakı təmsilçiliyinin belə dondurulması, yaxud Azərbaycanın həmin qurumlardan çıxarılması kimi “nəticələrə” nail olmaq kimi hədəflər qarşıya qoyulub.