İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulamışdır ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti ölkəmizin uğurlu və hərtərəfli inkişafını qeyd etmişdir. 2017-ci ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici ticarət dövriyyəsi 7% artmış, müsbət saldo 4,4 mlrd. ABŞ dolları olmuşdur. Bu dövrdə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard ABŞ dolları təşkil etmişdir.Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirmişdir. Belə ki, dövlət başçısı valyuta ehtiyatlarının artırılması, qeyri-neft sektorunun sürətli inkişafının davam etdirilməsi, ilin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həlli, infrastruktur layihələrinin icrasının, o cümlədən meliorativ tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmənin tam həcmdə təmin edilməsi, heyvandarlıq, pambıqçılıq, baramaçılıq, tütünçülük fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq və digər sahələrin inkişaf etdirilməsi, böyük ixraca hesablanmış logistik mərkəzlərin, aqroparkların və sənaye zonalarının yaradılmasınən davam etdirilməsi, yeni xalçaçılıq müəssisələrinin və yün tədürükü məntəqələrinin açılması, yeni otellərin tikintisi, "ASAN xidmət" mərkəzlərinin tikintisinin davam etdirilməsi, işsizliyin aşağı səviyyədə saxlanması, yeni iş yerlərinin yaradılması və s. tapşırıqlar vermişdir. Kollegiya iclasında həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri təqdim olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31