İqtisadiyyat
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edəcək
Oktyabrın 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
Büdcə gəlirləri artıb
Dövlət büdcəsinin icrasına dair 9 ayın nəticələrinə görə büdcə gəlirləri 2016-cı ilin eyni dövrünə nisbətən 1.9 milyard manatdan çox artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun büdcə ödəmələri 18 milyon manat azalıb.
Vergi ödəyiciləri üçün özünəxidmətə keçid meyarı tətbiq olunur
Ölkədə həyata keçirilən iqtisadi islahatlardan biri də bu sahəyə informasiya kommunikasiya texnologiyaların tətbiqi ilə bağlıdır. Hazırda Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisi olduğundan həm də mallar, xidmətlər təqdim olunan platforma kimi çıxış edir. Daha doğrusu müasir tələblərə uyğun olaraq dövlət qurumları, özəl sektor öz xidmətlərini daha çox elektron formada təqdim etməyə üstünlük verirlər. Xüsusilə qeyd edilməlidir ki, ölkədə elektron ticarət növündən geniş şəkildə istifadə edilməkdədir. Bu kimi yenilikləri nəzərə alan Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən özünəxidmətə keçid meyarının tətbiqinə başlayıb.
Gələn ilin dövlət büdcəsində hüquq-mühafizə, prokurorluq, müdafiə və məhkəmə xərcləri artırılır
Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi – texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faizi həcmində və 4068,3 milyon manat vəsait nəzərdə tutulub. Bu, Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Təqdimatda bildirilir ki, bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.
Ərəb ölkələri Azərbaycandan bir sıra güzəştlər xahiş edib
"Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyası Azərbaycana ikiqat vergiqoymanı ləğv etməyi, ərəb ölkələrindən məhsul idxalına gömrük rüsumlarını azaltmağı və ölkələr arasında maliyyə əməliyyatlarını sadələşdirməyi təklif edib".
Ağdaşda sahibkarlara güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu sahədə növbəti işgüzar forum Ağdaş rayonunun Qulbəndə kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Nazir: "Hasilatın azaldılması özünü doğruldur, neft bazarı tarazlaşıb"
"Azərbaycan yalnız OPEC ilə deyil, bütün beynəlxalq öhdəliklərinə hər zaman çox ciddi yanaşır". Bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Palata: İpoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydası indiyədək təsdiqlənməyib
"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurası indiyədək ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydasını təsdiq etməyib". Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-2016-cı illəri əhatə edir.
Sosial və iqtisadi uğurların sirri
Cari ilin doqquz ayını Azərbaycan üçün uğurlu hesab etmək olar. Statistik göstəricilər, eləcə də beynəlxalq təşkilatların qiymətləndirmələri ölkəmizin naliyyətlərinin geniş olduğunu bir daha təsdiqləyir. Demək olar ki, arxada qalan müddət ərzində bütün sahələrdə uğurlar əldə edilib. Xüsusən, doqquz ayda sosial və iqtisadi göstəriciləri müsbətdir. Dünya bazarında neftin qiymətinni aşağı düşməsi fonunda Azərbaycanda qeyri-neft sektorunun 2,5 faiz artımı xarici ticarət dövriyyəsinə də əməlli-başlı təsir edib. Azərbaycanda şaxələndirilmiş iqtisadi siyasət həyata keçirildiyindən demək olar ki, bütün sahələrdə inkişaf tendensiyası müşahidə olunub.
Azərbaycanda Amerika Ticarət Palatasınının nizamnaməsinə dəyişikliklər edilib
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”)növbəti ənənəvi aylıq işgüzar naharıbaş tutub. Nahar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın təqdimatı və Azərbaycanda “AmCham”ınnizamnaməsinə Palatanın Direktorlar Şurası tərəfindən təklif olunmuş dəyişikliklərin qəbulu üçün səsvermə ilə yadda qalıb “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirə “AmCham”a üzv şirkətlərdən 140-dan çox nümayəndə qatılıb.
Dövlət büdcəsində 783,6 mln. manat defisit yaranıb
Maliyyə Nazirliyi 2017-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, 2017-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 mln. manat, xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı 12045,1 mln. manat və ya 0,2 faiz çox icra olmuşdur ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2 faiz çoxdur.
Azərbaycan-Avstraliya biznes forumu keçirilib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstraliya biznes forumu keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, Azərbaycanın xarici ölkələrdə Ticarət Evlərinin yaradılmasının, ticarət nümayəndələrinin təyin edilməsinın Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. Rüfət Məmmədov avstraliyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
SOCAR hasilat sahəsində effektivliyin artırılması istiqamətində addımlar atır
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq Independent Projects Analysis (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirdə bildirilib ki, SOCAR-ın da üzv olduğu “Upstream International Benchmarking Consortium” (Kəşfiyyat və Hasilat Sahəsində Kapital Layihələrinin müqaisəli təhlili (bençmarkinqi) üzrə beynəlxalq konsorsium) - UİBC çərçivəsində kəşfiyyat və hasilat sahəsində təmsil edilən transmilli və milli şirkətlər tərəfindən bütün dunyada həyata keçirilən kapital layihələrin effektivliyinin müqayisəli təhlili aparılır.
Büdcədənkənar fonda ayrılmış vəsaitin həcmini açıqlanıb
Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 1 oktyabr 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 62 mln. 229,99 min manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 57,86 mln. manat olub.
23307 manat məbləğində cərimə tətbiq edildi
1-15 oktyabr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Olaylar bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.














