Sosial və iqtisadi uğurların sirri
Cari ilin doqquz ayını Azərbaycan üçün uğurlu hesab etmək olar. Statistik göstəricilər, eləcə də beynəlxalq təşkilatların qiymətləndirmələri ölkəmizin naliyyətlərinin geniş olduğunu bir daha təsdiqləyir. Demək olar ki, arxada qalan müddət ərzində bütün sahələrdə uğurlar əldə edilib. Xüsusən, doqquz ayda sosial və iqtisadi göstəriciləri müsbətdir. Dünya bazarında neftin qiymətinni aşağı düşməsi fonunda Azərbaycanda qeyri-neft sektorunun 2,5 faiz artımı xarici ticarət dövriyyəsinə də əməlli-başlı təsir edib. Azərbaycanda şaxələndirilmiş iqtisadi siyasət həyata keçirildiyindən demək olar ki, bütün sahələrdə inkişaf tendensiyası müşahidə olunub.
19 Oktyabr 2017 14:53 İqtisadiyyatZiyad Səmədzadə: "Ölkəmizin bu naliyyətləri qazanmasının əsasında yeni iqtisadi modelə keçid amili dayanır"
Cari ilin doqquz ayını Azərbaycan üçün uğurlu hesab etmək olar. Statistik göstəricilər, eləcə də beynəlxalq təşkilatların qiymətləndirmələri ölkəmizin naliyyətlərinin geniş olduğunu bir daha təsdiqləyir. Demək olar ki, arxada qalan müddət ərzində bütün sahələrdə uğurlar əldə edilib. Xüsusən, doqquz ayda sosial və iqtisadi göstəriciləri müsbətdir. Dünya bazarında neftin qiymətinni aşağı düşməsi fonunda Azərbaycanda qeyri-neft sektorunun 2,5 faiz artımı xarici ticarət dövriyyəsinə də əməlli-başlı təsir edib. Azərbaycanda şaxələndirilmiş iqtisadi siyasət həyata keçirildiyindən demək olar ki, bütün sahələrdə inkişaf tendensiyası müşahidə olunub. Yoxsulluğun azaldılması, yeni iş yerlərinin aşıması isə qırmızı xətlə qeyd edilməlidir. Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, sosial sfera son 13 ildə ölkəmizdə həyata keçirilən siyasətin prioritet istiqamətini təşkil edib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Komitə sədri bildirib ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərin, məzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Onun sözlərinə görə, respublikamızda əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönələn yeni sosial təşəbbüslər irəli sürülür, bu istiqamətdə bütün proqramlar uğurla yerinə yetirilir: "Reallaşdırılan dərin, məzmunlu sosial siyasətin mühüm əlaməti kimi, ölkəmizdə yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır. Məlumdur ki, son illərdə dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. Mal və xidmətlərə qlobal istehlakın azalmasının nəticəsi olaraq iqtisadi aktivliyin aşağı düşməsi, eləcə də müxtəlif regionlarda yaşanan münaqişələr və müharibələr səbəbindən ayrı-ayrı ölkələrdə iş yerləri kəskin şəkildə azalıb, yeniləri isə yaradılmır. Belə vəziyyətdə, təbii ki, insanların həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır, digər sosial problemlər meydana çıxır. Sosial dövlət olan Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Bütün respublika boyu iqtisadi aktivliyin davamlı şəkildə artması fonunda insanlar layiqli iş yerləri ilə təmin olunurlar və buna paralel şəkildə də onların həyat səviyyəsi yüksəlir. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub. Z.Səmədzadə bildirib ki, bu dövrdə ölkədə qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Ən yaxşı göstəricilərdən biri 3,1 faiz olmaqla qeyri-neft sənayesində və 2,8 faiz olmaqla aqrar sektorda qeydə alınıb. Ötən 9 ayda respublikamızın strateji valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb: "Qeyd olunan statistik göstəricilər qlobal miqyasda yaşanan çətinliklərə baxmayaraq, Azərbaycanda inkişaf üçün münbit zəmin olduğuna dəlalət edir. Respublikamızın sadalanan uğurları dünyadakı mənzərə ilə müqayisədə kəskin təzad təşkil edir və istənilən ölkə bu göstəriciləri arzulaya bilər. Bəs xarici mənfi təsirlərin artdığı indiki dövrdə Azərbaycan inkişafın ardıcıllığını təmin etməyə necə nail olub? Birmənalı şəkildə demək mümkündür ki, respublikamızın indiki şəraitdə də uğurlar qazanmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb". Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu ilin ötən 9 ayında ölkəmizin sosial-iqtisadi inkişafının nəticələri perspektiv üçün də böyük uğurlar vəd edir. Onun sözlərinə görə, bu müddətdə Azərbaycanın beynəlxalq reytinqi də güclənib. Ən mötəbər qurumların beynəlxalq hesabatlarında Azərbaycanın islahatçı ölkə kimi mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb: "Doqquz ayın yekunu göstərir ki, sosial sahədə də ciddi nəticələr əldə olunur. Bu dövrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Belə ki, doqquz ay ərzində ölkədə 226 min yeni iş yeri yaradılıb ki, onların 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Dövlət başçısının vurğuladığı kimi bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik. O cümlədən, əsas infrastruktur layihələri də uğurla icra edilib. Bu ilin ötən dövründə 700 kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Eləcə də, Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görülüb. Ölkəmiz dünya miqyasında bu göstəriciyə görə 35-ci yerdə olmaq tarixi nailiyyətdir. Dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bütün bunlar ölkəmizin uğurlu inkişafının göstəricisidir".
Nurlan