Azərbaycanda Amerika Ticarət Palatasınının nizamnaməsinə dəyişikliklər edilib

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”)növbəti ənənəvi aylıq işgüzar naharıbaş tutub. Nahar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın təqdimatı və Azərbaycanda “AmCham”ınnizamnaməsinə Palatanın Direktorlar Şurası tərəfindən təklif olunmuş dəyişikliklərin qəbulu üçün səsvermə ilə yadda qalıb “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirə “AmCham”a üzv şirkətlərdən 140-dan çox nümayəndə qatılıb.

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham")növbəti ənənəvi aylıq işgüzar naharıbaş tutub. Nahar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın təqdimatı və Azərbaycanda "AmCham"ınnizamnaməsinə Palatanın Direktorlar Şurası tərəfindən təklif olunmuş dəyişikliklərin qəbulu üçün səsvermə ilə yadda qalıb "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirə "AmCham"a üzv şirkətlərdən 140-dan çox nümayəndə qatılıb. Bundan başqa, tədbir iştirakçıları ABŞ şirkətlərindən ibarət olan ticarət missiyasının nümayəndələri ilə işgüzar əlaqələri qurmaq imkanıq azanıblar. Səfir Robert Sekuta ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərindinamikası və inkişaf perspektivləriməsələlərinətoxunub və qarşılıqlı iqtisadi tərəfdaşlığın sadəcə enerji sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda da persperktivlərindən və Azərbaycan iqtisadiyyatının diversifikasıyası üçün ABŞ yatırımlarınınrolundan danışıb. Bununla yanaşı, o, Azərbaycanda "AmCham"ın iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinəvə ölkədə biznes mühitinin yaxşılaşdırılmasına verdiyi töhfənin əhəmiyyətindən bəhs edib. Son olaraq Azərbaycanda "AmCham"ın prezidenti Nuran Kərimov iştirakçılara Palatanın nizamnaməsinin dəyişdirilməsinə dair təkliflər barədə məlumat verib. Ciddi prosedur qaydalarına əsasən keçirilən səsvermədə Palataya daimi üzv şirkətlərin nümayəndələri iştirak edib və təklif olunan dəyişikliklər əksəriyyət tərəfindən qəbul olunaraq səs çoxluğu ilə təsdiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31