İqtisadiyyat

Qeyri-neft sənayesinin genişləndirilməsi prioritet hədəflər sırasında xüsusi yer tutur

25 Oktyabr 2017 15:13

“Respublikamızda perspektiv inkişafla bağlı müəyyənləşdirilən prioritet hədəflər sırasında qeyri-neft sənayesinin istehsal imkanlarının genişləndirilməsi xüsusi yer tutur”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Tahir Rzayev səsləndiriib.

Üç ölkənin daha bir uğurlu əməkdaşlığı- Bakı-Tbilisi-Qars

25 Oktyabr 2017 14:24

Azərbaycanın bilavasitə iştirakı ilə daha bir regional və beynəlxalq əhəmiyyətli layihə reallaşmaq üzrədir. Söhbət Azərbaycan, Türkiyə və Gürcüstanın birgə iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Artıq sözügedən dəmir yolu xəttinin rəsmi açılışına sayılı günlər qalıb. Məlumata görə, oktyabrın 30-da üç ölkənin daha bir uğurlu əməkdaşlığı sayılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi olacaq. Qeyd edilən tarixdə Bakıdan start veriləcək mərasim daha sonra Tbilisi və Qarsda davam edəcək. Bakı-Tbilisi-Qarsın rəsmi açılış mərasimində hər üç ölkənin dövlət başçılarının iştirakı nəzərdə tutulur. Prezidentlərin Bakıdan Qarsa məhz həmin qatarla hərəkət edəcəyi də bildirilir.

Korrupsiya idarəsinin rəisi deputatdan danışdı

25 Oktyabr 2017 12:19

“Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müvafiq yoxlama aparıb və materialı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktla bağlı cinayət işi başlanıb, hazırda intensiv istintaq tədbirləri həyata keçirilir”.

Eldar İbrahimov: Azərbaycan əlverişli coğrafi mövqeyə və çoxşaxəli tranzit imkanlarına sahibdir

24 Oktyabr 2017 18:00

“Azərbaycan regionda əlverişli coğrafi mövqeyə və çoxşaxəli tranzit imkanlarına sahibdir”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Növbəti dörd ildə birrəqəmli inflyasiya olacaq - PROQNOZ

24 Oktyabr 2017 16:27

Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya 13,2% təşkil edəcək. Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə orta illik inflyasiya 6,1% olacağı təqdirdə, 2019, 2020 və 2021-ci illərdə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq.

Azərbaycan hökuməti növbəti dörd ildə neftin 10 dollar ucuzlaşacağını proqnozlaşdırır

24 Oktyabr 2017 16:16

Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə dünya bazarında neftin 1 barrelinin orta qiyməti 50 dollar təşkil edəcək. Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq.

Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılıb

24 Oktyabr 2017 15:07

Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işləri aparıb.

Bank sektoru üzrə yol xəritəsi hazırlanacaq

24 Oktyabr 2017 15:06

Maliyyə-bank sisteminin dayanıqlığının təmin edilməsinə, bank sistemi və onu əhatə edən iqtisadi və hüquqi infrastrukturda əsaslı keyfiyyət dəyişikliklərinə, qiymətli kağızlar və sığorta bazarının səmərəliliyinin artırılmasına və perspektiv inkişafına yönələn prioritet istiqamətlər açıqlanıb. 

SOCAR-ın təlim mərkəzində audit keçirilib

24 Oktyabr 2017 14:15

Oktyabrın 19-20-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET) kursunun tədrisinin icra vəziyyəti ilə əlaqədar monitorinq auditi keçirilib.

Kredit borcları sistem xarakterli problemdir

24 Oktyabr 2017 13:26

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, Cinayət Məcəlləsinin kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə 196-cı maddəsinin 1-ci bəndinə dair konkret təklifləri var: “Həmin maddənin 1-ci bəndində xeyli miqdar kreditor borclarını ödəməkdən yayınmaya görə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. Bu dəyişiklik humanist görünsə də, kredit borcları probleminin həllinə heç bir köməyi olmayacaq.

Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik

24 Oktyabr 2017 13:03

Oktyabrın 24-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda Beynəlxalq İnvestisiya Konfransı öz işinə başlayıb.

Gizli iqtisadiyyatın qarşısı alınır

23 Oktyabr 2017 15:53

İstənilən ölkədə qeyri-rəsmi məşğulluğun olması iqtisadi inkişafa mənfi təsir etməklə yanaşı, həm də vətəndaşların mənafelərinin qorunması baxımından ziyanlıdır. Daha dəqiq, qeyri-leqal işçilərin mövcudliğu bir tərəfdən vergidən yayınmaqdırasa, digər tərəfdən işçilərin əmək və sosial hüquqlarının pozulması deməkdir. Məhz belə halları nəzərə alan prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri- rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Nazir müavini: "Türkmənistan qazının İran üzərindən Azərbaycana nəql olunmasında problem yoxdur"

23 Oktyabr 2017 15:44

"Rəsmi Tehran Türkmənistan qazının İran üzərindən svop əməliyyatlar vasitəsilə Türkiyəyə ixrac edilməsində maraqlı deyil". Bunu İranın neft nazirinin müavini Həmid Rıza İraqi deyib. Onun sözlərinə görə, Türkiyə İran qazının ənənəvi bazarlarından biridir: "Biz ənənəvi bazarlarımız olan Türkiyəyə rəqib ölkənin qazının svop əməliyyatlar vasitəsilə satılmasına qarşıyıq". Buna baxmayaraq, nazir müavini əlavə edib ki, bu yolla Türkmənistan qazının Azərbaycan və ya Ermənistana satılmasında bir əngəl yoxdur. 

Sahibkarlar məhsulların ixrac qabiliyyətini nəzərə almalıdırlar

23 Oktyabr 2017 15:06

Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti çərçivəsində “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi işləri müsbət nəticəsini verməkdədir. Artıq bir sıra brend məhsullarımız dünya bazarında təşviq edilməkdədir. Artıq Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartlar daim təkmilləşdirilərək beynəlxalq, Avropa və qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırılır. Hazırda texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur.

Ölkədə qeyri-neft sektorunun inkişafı tədbirləri davam etdirilir

23 Oktyabr 2017 15:01

Məlum neft böhranından sonra ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri də sahibkarlara, iş adamlarına yaradılan şərait idi. Bu məqsədlə qəbul edilən qərarlar sırasında ən mühüm əhəmiyyət kəsb edəni isə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması oldu. Etiraf etmək lazımdır ki, sözügedən addım qeyri-neft sektorunun inkişafına kifayət qədər müsbət təsir göstərdi və ixrac potensialımızın artmasına təkan verdi.