İqtisadiyyat
Azərbaycan inhisarçılarının günahsız olduğu üzə çıxdı...
Azərbaycana kərə yağının idxalını nəzarətdə saxlayan inhisarçılar, deyəsən, ilk dəfə haqlı çıxacaqlar. Çünki Azərbaycanda kərə yağının kəskin (2.5 dəfəyə yaxın) bahalaşmasının səbəbinin bu məhsulun idxalına nəzarət edən hansısa inhisarçılar olduğu barədə söz-söhbətlər özünü doğrultmur. (Hərçənd Dövlət Gömrük Komitəsi kərə yağı idxalında inhisarın olduğunu təkzib edib.)
Konteynerlərin daşınması “ADY Konteyner” MMC – yə həvalə olunub
Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzun məsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, “Azərbaycan Dəmir Yolları” QSC – də “ADY Konteyner” MMC – nin yaradılması barədə qərar qəbul edilib.
Bu rayonda qaz olmayacaq
Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 "B" ünvanında yerləşən yaşayış binasında istehlakçıların təbii qaza olan təlabatının təmin edilməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Sahib Məmmədov: Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası qadın sahibkarlığının inkişafında mühüm rol oynayacaq
Ölkəmizdə sahibkarlığın inkişafı Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir”. Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. S.Məmmədov bildirib ki, iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər sırasında sahibkarlara dəstək vacib yer tutur. Onun sözlərinə görə, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə baxılması sahəsində apellyasiya şuralarının yaradılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi və digər dövlət dəstəyi tədbirləri özəl sektorun inkişafında xüsusi rol oynayır: “Sahibkarlığın inkişafında qadın sahibkarların da rolu vacibdir.
Sevinc Həsənova: Dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri innovasiyaların təşviqidir
“İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyalar mühüm əhəmiyyət kəsb edir”.
Şahin Mustafayev: Azərbaycanla İran kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisəsə yaradacaq
Azərbaycanla İran kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisəsə yaradacaq. Bu barədə jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, "2016-cı ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2015-ci ilə nisbətən 70 faiz, bu ilin ilk 9 ayında isə 33 faiz artıb: "Neftçala Sənaye Məhəlləsində İranla birgə inşa olunan avtomobil zavodunun birinci mərhələsi bu ilin sonunadək istifadəyə veriləcək. Pirallahı Sənaye Parkında isə İranla birgə əczaçılıq müəssisəsi yaradılır.
Nazirlik innovasiya müsabiqəsi elan edib
BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, müsabiqəyə itisadi, sosial, ekoloji və turizm sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur.
Dünya bankının Azərbaycan proqnozu: Yanlışlıq, yoxsa qərəz?
Dünya Bankının (DB) Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqladığı proqnoz diqqəti cəlb edir. Əvvəla, regionun demək olar, bütün ölkələrində əvvəlki proqnozdan daha yaxşı iqtisadi inkişaf müşahidə edildiyi açıqlanıb. Buna isə son aylarda istehsalın və ixracın artmasının səbəb olduğu bildirilib. Regiondan ixracın orta həcminin qlobal orta göstəricidən çox olduğu nəzərə çatdırılaraq, Rusiya ilə Belarusun resessiyadan çıxdığı deyilib.
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis edilib
Ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olunub.
Almaniyada belə bir xəritənin yayılması qəbuledilməzdir
“Almaniyada (Köln şəhərində) erməni yepiskopluğu, "Ağrı Dağı"nın Səssizliyi-Erməni Kültürü və Tarixi" adlı təşkilat tərəfindən yeni xəritə hazırlanıb və yayılıb. Xəritədə qardaş Türkiyənin yarısı və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) tamamı Ermənistan ərazisi kimi göstərilib. Ermənilərin bu addımı, ermənilərin növbəti həyasızlığı Almaniyada yaşayan türklərin, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və sərt təpkisinə səbəb olub”. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Azərbaycan Türkiyəyə qaz ixracını 1,2% azaldıb
2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 4 mlrd. 273,850 mln. kubmetr qaz nəql edib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,2% azdır. Cari ilin avqust ayında Azərbaycan qardaş ölkəyə 337,48 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 8,4% təşkil edir.
Səfir: "Qazaxıstan Azərbaycanı 40 elektrovozla təmin edəcək"
"Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından istifadə edilib". Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bugünkü mətbuat konfransında deyib.
Gələn ildən fəaliyyətə başlayacaq İşsizlikdən sığorta fondunun büdcəsi açıqlanıb
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 mln. 40 min manat məbləğində proqnozlaşdırılıb. Bu, "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Türkiyə səfiri: İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir
İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir. Məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Şopinq Festivalın saytına müsahibəsində bildirib.
Neft qiymətlərinin dəyişməsi büdcəyə nə vəd edir?
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra bu yeraltı sərvət ətrafında yaranan qeyri-müəyyən vəziyyət hələ də davam etməkdədir. Qiymətlərdə baş verən nisbi artım və eyni templə azalma ötən müddət ərzində bir neçə dəfə müşahidə edilib və hazırda da eyni tendensiya davam edir. Mütəmadi olaraq baş verən artım-azalma isə neft ixrac edən ölkələr kimi Azərbaycanı da dövlət büdcəsinə il ərzində bəzən bir neçə dəfə belə nəzər salmağa sövq edir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl neft qiymətlərində baş verən nisbi artım zamanı büdcəyə yenidən nəzər yetirmək zərurəti yaratmışdı.














