Neft qiymətlərinin dəyişməsi büdcəyə nə vəd edir?

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra bu yeraltı sərvət ətrafında yaranan qeyri-müəyyən vəziyyət hələ də davam etməkdədir. Qiymətlərdə baş verən nisbi artım və eyni templə azalma ötən müddət ərzində bir neçə dəfə müşahidə edilib və hazırda da eyni tendensiya davam edir. Mütəmadi olaraq baş verən artım-azalma isə neft ixrac edən ölkələr kimi Azərbaycanı da dövlət büdcəsinə il ərzində bəzən bir neçə dəfə belə nəzər salmağa sövq edir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl neft qiymətlərində baş verən nisbi artım zamanı büdcəyə yenidən nəzər yetirmək zərurəti yaratmışdı.

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra bu yeraltı sərvət ətrafında yaranan qeyri-müəyyən vəziyyət hələ də davam etməkdədir. Qiymətlərdə baş verən nisbi artım və eyni templə azalma ötən müddət ərzində bir neçə dəfə müşahidə edilib və hazırda da eyni tendensiya davam edir. Mütəmadi olaraq baş verən artım-azalma isə neft ixrac edən ölkələr kimi Azərbaycanı da dövlət büdcəsinə il ərzində bəzən bir neçə dəfə belə nəzər salmağa sövq edir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl neft qiymətlərində baş verən nisbi artım zamanı büdcəyə yenidən nəzər yetirmək zərurəti yaratmışdı. Bu da öz növbəsində onu deməyə əsas verir ki, Azərbaycanın dövlət büdcəsi hələ də müəyyən mənada neftdən asılıdır. Və bu da təbiidir. Baxmayaraq ki, bir neçə ildir ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır, islahatlar həyata keçirilir, lakin etiraf etməliyik ki, hələlik dövlət büdcəmizdə qeyri-neft sektorunun payı istədiyimiz səviyyədə deyil. Ancaq bu istiqamətdə görülən işlər ümid verir ki, tezliklə büdcədə qeyri-neft sektorunun payı artacaq. Elə iqtisadçılar da bu qənaətdədirlər. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib ki. real sektorda inqilabi dönüş etməyə start verdiyimiz son iki ildən sonra, növbəti ilin büdcəsininin gəlirlərinin neftdən asılılığını 55,1 faizə qaldırmalı deyildik. İqtisadçının sözlərinə görə, ən azından ona görə ki, yaxın gələcəkdə neftin qiymətlərinin özünü necə apracağına heç kim təminatçı ola bilməz: "Necə ki, 2014-cü ildə onun birdən birə dörd dəfəyə qədər azalacağını heç kim öncədən proqnozlaşdıra bilmədi. Növbəti ildə neftin qiymətləri özünü necə aparacaq? Bura dünyanın siyasi müstəvisində baş verən prossesləri və həm də alternativ enerji mənbələrinin çox böyük sürətlə inkişafına dair məlumatları da əlavə etmək lazımdır. Biz bir dəfə neftin qiymətlərinin kəskin azalmasının yaratdığı fəsadların miqyasını gördük. Milli valyutanın bir ildə iki kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərimizin necə pisləşdiyinin şahidi olduq. İndi bu təhlükə ilə yenidən üz-üzə qalmaq nə qədər doğrudur? İstərdim ki, büdcəyə yaxın olan, onu dərindən bilən hər kəs bunun fərqində olsun".

Bəs vəziyyətdən çıxışın hansı mümkün yolları var? Fikrət Yusufov hesab edir ki, dövlətin xərclərini azaltmadan bu problemi çözmək mümkündür: "Biz iri investisiya xərclərini birbaşa dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik. Bu xəclər onsuz da Neft Fondundan dövlət büdcəsinə ayrılacaq transferlər hesabına maliyyələşdiriləcək. Neft Fondunun büdcəsinə daxil olan vəsaitlər də dövlətə məxsusdur. Ancaq biz bu xərcləri dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən maliyyələşdirdikdə vəziyyət tamamilə dəyişir. Daha doğrusu bu variantda biz Neft Fondundan vəsaitləri investisiya layihələrinə o halda yatıra bilərik ki, dünya bazarlarında neftin qiymətlərinin yüksək olması səbəbində bu büdcəyə proqnozlaşdırılan səviyyədə vəsaitlər daxil olsun. Neftin qiymətləri kəskin azaldığı halda isə məsələnin həlli çox sadədir. Biz investisiya layihələrinin maliyyələşdirilməsini ya azaldır ya da tamamilə dayandırırıq. Belə olanda büdcə göstəricilərimizin kəskin pisləşməsinə yol verilmir. Ancaq bu xərcləri büdcədə nəzərdə tutub icra etməyəndə, büdcənin əksər göstəriciləri pisləşir. Bu da bütün səviyyələrdə müzakirələrə və qınaqlara gətirib çıxarır".

İqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, neftdən asılılığımız bitmir və bu, gələn il də əhəmiyyətini qoruyub saxlayır: " Bunun üçün 2018-ci il dövlət büdcəsinə Neft Fondundan (ARDNF) daxilolmaların həcminə diqqət yetirmək kifayətdir. Belə ki, növbəti il ARDNF-dən büdcəyə 9,216 milyard manat transfert nəzərdə tutulub ki, 2017-ci il ərzində bu rəqəm 7,5 milyard manat və ya 1,716 milyard manat az təşkil edirdi. Halbuki, Neft Fondundan büdcəyə transfertin getdikcə azaldılacağı nəzərdə tutulurdu". Pərviz Heydərovun qənaətincə, daha bir risk vəziyyəti isə odur ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək: "Bu, 2017-ci ildəki analoji qiymətdən 12,5 faiz və ya 5 dollar çoxdur. Səbəb gələn il dünya bazarlarında neftin qiymətinin 50 dollar ətrafında olacağının proqnozlaşdırılmasıdır. Ancaq buna tam zəmanət varmı? Sözsüz ki, yox. Çünki neftin dünya bazar qiymətinin növbəti illər ərzində məhz siyasi proseslərin təsiri altında olacağı qətiyyətlə bildirilir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31