Almaniyada belə bir xəritənin yayılması qəbuledilməzdir
“Almaniyada (Köln şəhərində) erməni yepiskopluğu, "Ağrı Dağı"nın Səssizliyi-Erməni Kültürü və Tarixi" adlı təşkilat tərəfindən yeni xəritə hazırlanıb və yayılıb. Xəritədə qardaş Türkiyənin yarısı və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) tamamı Ermənistan ərazisi kimi göstərilib. Ermənilərin bu addımı, ermənilərin növbəti həyasızlığı Almaniyada yaşayan türklərin, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və sərt təpkisinə səbəb olub”. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
26 Oktyabr 2017 13:34 İqtisadiyyat"Almaniyada (Köln şəhərində) erməni yepiskopluğu, "Ağrı Dağı"nın Səssizliyi-Erməni Kültürü və Tarixi" adlı təşkilat tərəfindən yeni xəritə hazırlanıb və yayılıb. Xəritədə qardaş Türkiyənin yarısı və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) tamamı Ermənistan ərazisi kimi göstərilib. Ermənilərin bu addımı, ermənilərin növbəti həyasızlığı Almaniyada yaşayan türklərin, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və sərt təpkisinə səbəb olub". Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Almaniyada belə bir xəritənin yayılması qəbuledilməzdir: "Ermənilər, onların havadarları daim Türkiyə və Azərbaycana qarşı məkrli planlar düzüb-qoşurlar. Onlar güclü Türkiyə və güclü Azərbaycanı həzm və qəbul edə bilmirlər. Xüsusilə də, son 10-15 ildə Türkiyəylə Azərbaycanın dünya siyasətinin əsas oyunçularından birinə çevrilməsini, söz və nüfuz sahibi olmasını ciddi narahatçılıq və qısqanclıqla qarşılayırlar. Buna görə də Türkiyəylə Azərbaycana qarşı məkrli planlar cızır və onu gerçəkləşdirməyə cəhd edirlər. Almaniyada ortaya qoyulan son xəritə də məhz bu məkrli, kirli planın tərkib hissəsidir. Amma ermənilər, onların havadarları bir şeyə əmin olsunlar ki, bu günə qədər etdikləri cəhdləri necə fiaskoya uğrayıb və uğradılıbsa, bundan sonra da o cür uğursuzluğa məhkum ediləcək. Onlar heç nəyə nail olma bilməyəcəklər. Daim qarşılarında güclü Türkiyə və qüdrətli Azərbaycanı görəcəklər. Güclü Türkiyə və qüdrətli Azərbaycan daim onların qarşısında dimdik dayanacaq".
Millət vəkili daha sonra qeyd edib ki, Almaniya rəsmiləri nəhayət, bu məsələdə barmağı olan ermənilərin və onların arxasında dayanan qüvvələrin aşkar edilərək, qanun qarşısında cavab vermələrinə və cəzalandırılmalarına nail olmalıdır. Almaniya daim Qarabağ məsələsində tərəfsizliyini nümayiş etdirməyə, münaqişənin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsinə həlli mövqeyindən çıxış etdiyini sərgiləməyə çalışıb. Əgər Almaniya Qarabağ məsələsində haqdan yana olduğunu, obyektivliyini sübut etmək istəyirsə, o zaman bu məsələdə qətiyyətini nümayiş etdirməlidir.