İqtisadiyyat

BTQ dəmir yolu Azərbaycan üçün əlavə iqtisadi fayda yaradacaq

30 Oktyabr 2017 14:26

Bu, həm də yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanıdır 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalandı.

Türk lirəsi sürətlə ucuzlaşır

30 Oktyabr 2017 13:43

Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir.Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.

Yük avtomobili istehsalı artırılacaq

30 Oktyabr 2017 13:11

Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artırmağı planlaşdırır. Belə ki, 2018-ci ildə 480 ədəd yük avtomobili istehsalı gözlənilir ki, bu da 2017-ci ilin gözləntisi ilə müqayisədə 2,1 dəfə artım deməkdir. Bu barədə məlumat İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırladığı iqtisadi proqnoz göstəricilərində əsini tapıb.

Ərdoğan: "BTQ ilə ilk qatarın yola salınması ilə Londondan Çinə qədər birbaşa dəmiryolu əlaqəsi yaradılır"

30 Oktyabr 2017 12:48

"Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan qədər regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qarsdəmiryolu xəttində ilk qatar yola düşür. Bununla  artıq Londondan Çinə qədər Orta Dəhliz vasitəsilə birbaşa dəmiryolu əlaqəsi yaradıldığını da elan etmiş oluruq".

İki gün vaxtınız qaldı - Yol polisindən XƏBƏRDARLIQ

29 Oktyabr 2017 16:54

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Məlumatda qeyd edilib ki, yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti oktyabrın 31-də başa çatır.

Xaçmazda genişzolaqlı şəbəkənin tətbiqinin artırılması ilə bağlı pilot layihə tamamlanır

27 Oktyabr 2017 19:24

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar işlər davam etdirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda telekommunikasiya infrastrukturunun son texnologiyalar əsasında yenidən qurulması işlərini aparır. Genişzolaqlı şəbəkənin tətbiqinin artırılması üçün Xaçmazda həyata keçirilən pilot layihə tamamlanmaq üzrədir. Reallaşdırılan irimiqyaslı layihə nəticəsində sabit genişzolaqlı şəbəkədə internetdən istifadə sürətinin artırılması məqsədi ilə bütün rayon ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulub, köhnə avadanlıqlar müasirləri ilə əvəz edilib. 

Avtomobildə jalüz və pərdələrə icazə başa çatır – DYP-dən XƏBƏRDARLIQ

27 Oktyabr 2017 18:02

Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Türkdilli ölkələrin maliyyə bazarları birləşir?

27 Oktyabr 2017 16:34

"InvestAZ" investisiya şirkətinin İdarə Heyətinin sədri Elşən Quliyev türkdilli ölkələrin maliyyə bazarlarının birləşməsini təklif edib. E.Quliyev bu prosesin çətin olduğunu etiraf edib, lakin mərhələli şəkildə birləşmənin mümkünlüyünü dilə gətirib.

İmişlidə istehlakçıların konfransı keçirilib

27 Oktyabr 2017 16:19

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçılar üçün növbəti maarifləndirici Konfrans oktyabrın 27-də İmişlidə keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.

Bərdə sahibkarların güzəştli kredit verilib

27 Oktyabr 2017 15:43

Oktyabrın 27-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunun Zümürxan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forumda çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Dolların məzənnəsi avronu üstələdi

27 Oktyabr 2017 15:42

“Avropa Mərkəzi Bankının son yığıncağı və eləcə də İspaniyada baş verənlər avronun məzənnəsinin dollara nisbətən yenidən ucuzlaşmasına gətirib çıxartdı. Gün ərzində qlobal birjalarda avronun dollara nisbətən kursu 1.1813-dən 1.626-dək azalıb”. Bunu deyən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, Avropa pulunun birjalarda ucuzlaşması manatın avroya nisbətən möhkəmlənməsinə səbəb olub: “Belə ki, Mərkəzi Bank manata avoya kursunu dünənə nisbətən bu gün 2.0107-dən 1.9782-dək möhkəmləndirib. Bu isə 1 manatın hər avroda 3 qəpiyə yaxın güclənməsi deməkdir.

Neftin qiymətinin dəyişməsi büdcəyə necə təsir göstərəcək?

27 Oktyabr 2017 15:11

Dünya bazarında neftin qiymətinin dəyişməsi dövlət büdcəsinə uyğun dəyişikliklərin edilməsi zərurətini yaradır. Məhz bu amili nəzərə alan Azərbaycan hökuməti növbəti ilin dövlət büdcəsini tərtib edərkən neftin real qiymətini nəzər alıb. Məlum olduğu kimi, 2018-ci ilin dövlət büdcəsində neftin ixrac qiymətnin 45 dollardan götürülüb. Büdcə layihəsində göstərilir ki, beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün neftin 1 bareli 50 ABŞ dolları ərtafında proqnozlaşdırılır.

Lavrov: "Azərbaycanlı investorlar Həştərxanda yeni zavodların inşasında fəal iştirak edirlər"

27 Oktyabr 2017 14:55

“Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər”. Məlumata görə, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib. 

Gömrük məntəqələri 24 saatlıq rejimə keçə bilər

27 Oktyabr 2017 14:44

Azərbaycan və İran arasında gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oktyabrın 27-də Komitənin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A.Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir.