Neftin qiymətinin dəyişməsi büdcəyə necə təsir göstərəcək?

Dünya bazarında neftin qiymətinin dəyişməsi dövlət büdcəsinə uyğun dəyişikliklərin edilməsi zərurətini yaradır. Məhz bu amili nəzərə alan Azərbaycan hökuməti növbəti ilin dövlət büdcəsini tərtib edərkən neftin real qiymətini nəzər alıb. Məlum olduğu kimi, 2018-ci ilin dövlət büdcəsində neftin ixrac qiymətnin 45 dollardan götürülüb. Büdcə layihəsində göstərilir ki, beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün neftin 1 bareli 50 ABŞ dolları ərtafında proqnozlaşdırılır.

Azərbaycanda neftdən asılı olmayan iqtisadi model yaradılıb
 

Dünya bazarında neftin qiymətinin dəyişməsi dövlət büdcəsinə uyğun dəyişikliklərin edilməsi zərurətini yaradır. Məhz bu amili nəzərə alan Azərbaycan hökuməti növbəti ilin dövlət büdcəsini tərtib edərkən neftin real qiymətini nəzər alıb. Məlum olduğu kimi, 2018-ci ilin dövlət büdcəsində neftin ixrac qiymətnin 45 dollardan götürülüb. Büdcə layihəsində göstərilir ki, beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün neftin 1 bareli 50 ABŞ dolları ərtafında proqnozlaşdırılır. Həqiqətən, neftin qiyməti bu həddə olacaqmı? Belə olan halda, Azərbaycan neft gəlirlərindən nə qədər qazanacaq? Qeyd edək ki, cari ildə büdcədə neftin orta ixrac qiyməti 40 dollardan hesablanıb. Və baza əsasında mənfəət neftin satışından Dövlət Neft Fondunun qazancının 10.8 milyard manata yaxın olacağı proqnozlaşdırılırdı. 2018-ci ildə isə 45 dollar əsasında bu rəqəm 10.6 milyard manat gözlənilir ki, bu da cari illə müqayisədə 1.3 faiz azdır. Baza qiymətinin 5 dollar artıq hesablanmasına baxmayaraq, gəlirlərinin azalmasının əsas səbəblərindən biri kimi neft hasilatının azalması da göstərilir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, hazırda Azərbaycan ixracının 72%-i xam neftin payına düşür: "Bu il Neft Fondunun neft satışından gəlirləri 6 mlrd. dollardan bir qədər çox proqnoz edilir. Gələn il bu göstəricinin saxlanması üçün neftin orta ixrac qiymətlərinin bu ilkindən ən azı 5 dollar baha olması gərəkdir. Bu il Azərbaycan neftinin orta ixrac qiyməti 1 barel üçün 55 dollar civarında gözlənilir. Belə olan halda, Neft Fonduna daxil olan vəsaitin artması üçün birinci neftin qiymətinin 60 dollar civaında olması, ikincisi isə hasilatın artırılmasıdır. Hələ ki, heç bir beynəlxalq təşkilat "qara qızılı" 60 dolların üzərində proqnozlaşdırmayıb. Gözləntilər 50-55 dollar civarındadır". O ki qaldı Azərbaycanda hasilatın vəziyyətinə İ.Şaban deyir, bu istiqamətdə ən pik həddi 2010-cu ildə olub ki, o zaman göstərici 50.8 mln. ton təşkil edib: "Bir il əvvəl hökumət proqnoz edirdi ki, 2017-ci ildə ölkədə 40 mln ton neft hasil olunacaq. Ancaq ilin sonuna 2 ay qalmış hökumət yeni proqnoz açıqlayıb: 38.3 mln ton. Yəni 2016-cı illə müqayisədə neft hasilatı 2.7 mln ton azalmalıdır. 2018-də isə hasilat daha 0.8 mln ton azalaraq 37.5 mln ton təşkil etməlidir".
2018-ci ilin büdcə layihəsində göstərilir ki, ölkənin əsas ixrac əmtəəsi olan xam neftin qiymətinin azalması neft şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynəlxalq Əməkdaşlıq (ABƏŞ) ödədiyi mənfəət vergisi vasitəsilə büdcəyə birbaşa təsir göstərir. Hesablamalara görə, xam neftin qiymətinin 5 dollar azalması büdcə gəlirlərinin səviyyəsini 62.5 milyon manat azalda bilər. Xam neftin qiymətinin dəyişməsi Azərbaycan Dövlət Neft Fondunun gəlirləri vasitəsilə, həmçinin ictimai büdcəyə təsir göstərir. Belə ki, xam neftin qiymətinin 5 dollar azaldılması ARDNF gəlirlərinin 794 milyon manat azalmasına gətirib çıxara bilər: "Eyni zamanda xam neft qiymətlərinin azalması hazırda mövcud olan müsbət ticatər saldosunun azaldaraq tədiyyə balansına birbaşa mənfi təsir göstərə bilər. Tədiyyə balansında kəsir yarandığı təqdirdə məzənnə üzərində təzyiqlərin artmasıriskini aktuallaşdıra bilər. Tədiyyə balansında kəsirin müəyyənləşməsi nəticəsində strateji valyuta ehtiyatlarının azalmasım ölkənin beynəlxalq ödəmə qabiliyyətinə, o cümlədən xarici valyutada öhdəliklər üzrə faiz dərəcələrinə təsir göstərməklə, dövlət büdcəsinin xərc yükünü artıra bilər".
Ekspertlər hesab edirlər ki, 2018-ci ilin dövlət büdcəsində neftin ixrac qiymətnin 45 dollardan götürülməsinin büdcəyə heç bir mənfi təsiri ola bilməz. Çünki, bu göstərici ən azından 2017-ci ildəki analoji qiymətdən 12,5 % və ya 5 dollar çoxdur. O da nəzərə alınmalıdır ki, gələn il dünya bazarlarında neftin qiymətinin 50 dollar ətrafında olacağı proqnozlaşdırılır. Ancaq reallıq ondan ibarətdir ki, neftin dünya bazarında real qiyməti həm də siyasi proseslərin nəticəsindən asılı olacaq. Qeyd edilməlidir ki, Azərbaycanda dövlət büdcəsinin formalaşmasının yarıdan çox hissəsi birbaşa neftdən asılıdır. Əgər qiymət belə qalarsa, ölkənin gəlirlərinin azalmasından danışmağa dəyməz. Belə olan halda hökumət tərəfindən manatın məzənnəsini qorumaq məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi zərurəti yaranır. Heç şübhəsiz ki, bu zaman Mərkəzi Bank tərəfindən müvafiq addımların atılması vacibdir.
Mütəxəssislər hesab edirlər ki, dünya bazarında neftin qiymətinin hazırki vəziyyəti ölkə iqtisadiyyatına mənfi təsir edə bilməz. Çünki, neftin qiymətlərinin azaldığı dövrdə belə Azərbaycan iqtisadiyyatında kifayət qədər artım müşahidə olunub. Nəzərdə tutulan bütün sosial-iqtisadi layihələrin reallaşdılıması mümkün olub. Bu isə deməyə əsas verir ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət dövlət büdcəsinin neftdən asılılığını aradan qaldırmağa hesablanıb. Məlumdur ki, hazırda ölkədə şaxələndirilmiş iqtisadi siyasət həyata keçirilir. Azərbaycanda qeri-neft sektorunun inkişafı məqsədilə çoxsaylı tədbirlər düzənlənir. Ədalət naminə qeyd edilməlidir ki, artıq bir sıra sahələrdə uğurlu naliyyətlər də əldə edilib. Azərbaycan hətta məhsul idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib. Nəticə etibarilə ölkədə neftdən asılı olmayan yeni iqtisadi model formalaşıb. Məhz bu baxımdan qətiyyətlə demək olar ki, neftin qiymətinin dünya bazarında dəyişməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilməz.
Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31