İqtisadiyyat
Şərqlə Qərbi birləşdirən qlobal layihə
Nəhayət ki, gözlənilən tarixi gün yetişdi və oktyabrın 30-da üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Baki-Tbilisi-Qars dəmir yolu xətti Bakıda təşkil olunan rəsmi açılış mərasimi istifadəyə verildi. Azərbaycan və Türkiyə prezidentləri-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, eləcə də Gürcüstan və Qazaxıstanın baş nazirlərinin iştirakı ilə baş tutan açılış mərasimi ilə Bakı-Tbilisi-Ceyhandan başlayan üçtərəfli strateji əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ilk gündən qısqanclıqla qarşılandı, bu layihəyə, ən əsası Ankara, Bakı və Tbilisinin yeni bir formatda əməkdaşlığına əngəllər törədilməyə cəhdlər edildi. Təbii ki, BTC kimi bu layihənin də reallaşmasına ən böyük maneəni Ermənistan və erməni lobbisi törətmək istəyirdi. Çünki sözügedən layihə bir daha Ermənistanı regional və beynəlxalq əhəmiyyətli layihələrdən kənarda saxlayırdı və işğalçı ölkənin izolyasiyasını sürətləndirirdi. Ona görə də ermənilərin kompakt yaşadığı və dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində erməni təxribatlarına cəhdlər törədildi. Lakin hər zaman olduğu kimi bu təxribatlar da prosesi əngəlləyə bilmədi.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən başqa formada da faydalanmaq olar- ŞƏRH
“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi tarixi hadisədir. Əlbəttə, bu beynəlxalq layihə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, kommunikasiyanın birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması baxımından ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir”. Bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Ziyad Səmədzadə: İqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək
“Bu gün iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Türkiyə prezidenti: "Azərbaycanla investisiyalarımızı beş il ərzində 30 milyard dollara çatdırmaq imkanımız var"
"Türkiyə və Azərbaycan hər şeydən əvvəl qardaş ölkələrdir və bu sahədəki əlaqələrimiz qardaşlıq bünövrəsi üzərində formalaşır. Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub.
Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir
“Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropanı və Asiyanı, hətta, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Bu səbəbdən də, həm ulu öndərimiz Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etmək olub”.
Bilik Fondu ilə Gürcüstanın Bilik Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanıb
Bilik Fondu ölkə əhalisinin maarifləndirilməsi istiqamətində layihələr, tədbirlər həyata keçirir. Bir çox xarici ölkələrin Azərbaycandakı səfirlikləri, Türkiyə, Ukrayna, Rusiya və Bolqarıstanın elm, təhsil və mədəniyyət ocaqları ilə əməkdaşlığa dair müqavilələr imzalanır. Olaylar bildirir ki, əməkdaşlığa dair növbəti saziş Gürcüstanın İlya Çavçavadze adına Bilik (“Tsodna”) Cəmiyyətinin təşəbbüsü ilə Bilik Fondu və Gürcüstanın Bilik Cəmiyyəti arasında imzalanıb.
“Anadolu” agentliyi: “BTQ ilə Londondan Pekinə birbaşa getmək olacaq”
Tarixi İpək Yolunu yenidən canlandıran bir layihə kimi tanınan “Bakı-Tiflis-Qars” (BTQ) dəmiryolunda ilk qatar hərəkət edəcək. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Agentliyin yaydığı məlumatda bildirilir ki, Çindən Avropaya birbaşa dəmiryolu nəqliyyatını təmin edəcək BTQ-nn Bakının Ələt limanındakı açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan dövlət başçısı İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili qatılacaq.
İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb - YENİLƏNİB
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim başlayıb. Məlumata görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev və Özbəkistan baş naziri Abdulla Aripov iştirak edirlər.
Regionun ikinci böyük siyasi-iqtisadi layihəsi
“Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin - Bakı-Tiflis-Qars dəmir yolunun açılışına şahidlik edəcəyik.
Türkiyə prezidenti: "Londondan Pekinə qatarlar birbaşa hərəkət edəcək"
"Bakı-Tbilisi-Qars dəmir yolunun açılış münasibəti ilə sizinlə bir yerdə olmaqdan şadam". Məlumata görə, bunuBakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Binəli Yıldırım: “Bu yol Avrasiya coğrafiyasında mədəniyyətləri də birləşdirəcək”
"Bu yol Avrasiya coğrafiyasında mədəniyyətləri də birləşdirəcək” . Məlumata görə, bu, Türkiyə baş naziri Binəli Yıldırımın Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirə göndərdiyi təbrik məktubunda yer alıb.
Özbəkistan baş naziri: "Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementidir"
"Özbəkistan Şərq-Qərb nəqliyyat dəhlizinə xüsusi önəm verir, bu sahəyə investisiyalar qoyur". Məlumata görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Özbəkistan baş naziri Abdulla Aripov bildirib.
Nazir: "Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafı üçün irəliləyiş olacaq"
"Bakı-Tbilsi-Qars dəmir yolu layihəsi region iqtisadiyyatının inkişafı üçün irəliləyiş olacaq". Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze deyib.
“BTQ Azərbaycanın infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir”
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi kifayət qədər böyük bir layihədir. Bu layihə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihəsindən sonra Azərbaycanın məhz infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir. Əgər biz bu layihənin tarixinə fikir versək görərik ki, hələ 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Avropa Birliyinin traseka layihəsi ilə bağlı böyük bir beynəlxalq tədbir keçirilmişdi və orada Bakı Bəyannaməsi imzalanmışdı. Yəni bu layihənin ilkin olaraq siyasi cəhətdən hazırlanması və dövlətlə razılaşdırılması hələ 1990-cı illərin ortalarına gedib çıxırdı”. Bunu millət vəkili Tahir Mirkişili deyib.
Azərbaycanın çox böyük ixrac potensialı var
Azərbaycanda həyata keçirilən məqsədyönlü və uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər, xüsusilə iqtisadi sahədə qazandığımız uğurlar və əldə edilən iqtisadi inkişaf bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən də müsbət qiymətləndirilir və təqdir olunur. Bir qayda olaraq həmin təşkilat və qurumların il ərzində bir neçə dəfə yaymış olduğu hesabatlarda Azərbaycan iqtisadi göstəricilərinə görə, qabaqcıl ölkələr sırasında qərarlaşır.














