“BTQ Azərbaycanın infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir”
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi kifayət qədər böyük bir layihədir. Bu layihə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihəsindən sonra Azərbaycanın məhz infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir. Əgər biz bu layihənin tarixinə fikir versək görərik ki, hələ 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Avropa Birliyinin traseka layihəsi ilə bağlı böyük bir beynəlxalq tədbir keçirilmişdi və orada Bakı Bəyannaməsi imzalanmışdı. Yəni bu layihənin ilkin olaraq siyasi cəhətdən hazırlanması və dövlətlə razılaşdırılması hələ 1990-cı illərin ortalarına gedib çıxırdı”. Bunu millət vəkili Tahir Mirkişili deyib.
30 Oktyabr 2017 15:01 İqtisadiyyat"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi kifayət qədər böyük bir layihədir. Bu layihə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihəsindən sonra Azərbaycanın məhz infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir. Əgər biz bu layihənin tarixinə fikir versək görərik ki, hələ 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Avropa Birliyinin traseka layihəsi ilə bağlı böyük bir beynəlxalq tədbir keçirilmişdi və orada Bakı Bəyannaməsi imzalanmışdı. Yəni bu layihənin ilkin olaraq siyasi cəhətdən hazırlanması və dövlətlə razılaşdırılması hələ 1990-cı illərin ortalarına gedib çıxırdı". Bunu millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, artıq 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə hər üç ölkənin - Azərbaycan-Türkiyə-Gürcüstanın səlahiyyətli şəxslərinin imzası ilə layihənin ilkin olaraq başlanması ilə bağlı qərar imzalandı: "Xüsusi qeyd etmək istərdim ki, layihə həyata keçən dövrdə də bu layihəyə alternativ olan bir layihə də var idi. Bu layihə Qars-Gümrü-Tbilisi layihəsi idi ki, bu da Ermənistan rəhbərliyi və onların havadarları tərəfindən çox güclü şəkildə lobbiçilik fəaliyyəti ilə dəstəklənmirdi. Amma istənilən halda Azərbaycan dövlətinin nüfuzu, ölkə rəhbərinin siyasi nüfuzu və iradəsi, eyni zamanda Azərbaycanın bundan öncəki layihələrdə özünü daha çox etibarlı partnyor kimi göstərməsi, ümumiyyətlə Azərbaycanın regionda iqtisadi cəhətdən yeri və iqtisadiyyatın həcmi son nəticədə ölkəmizin təşəbbüskar olduğu layihənin qalib gəlməsinə imkan yaratdı. Təbii ki, ötən müddət ərzində bu layihənin həyata keçirilməsi üçün Azərbaycan həm siyasi, iqtisadi, həm də maliyyə cəhətdən köməyini əsirgəmədi, eləcə də layihəni həyata keçirmək üçün siyasi iradə ortalığa qoydu.
Layihənin əhəmiyyəti haqqında xüsusi onu qeyd etmək istərdim ki, bugün bizim yaşadığımız Avrasiya materikində dünyanın iki nəhəng iqtisadi gücü vardır. Bunlardan biri Qərbdə Avropa Birliyi, digəri isə Şərqdə Çin dövlətidir. Bugün Çinlə Avropa Birliyi arasında hər gün orta hesabla 1 milyard dollar həcmində ticarət müqaviləsi imzalanır. Eləcə də hər iki qurum arasında ildə təxminən 100 milyon ton yük daşınır. Əgər biz daşınmanın marşurutuna fikir versək, bugün daşınmanın bir hisssəsi şimal tərəfdən transmilli dəmir yolu vasitəsilə Rusiyadan Flandiyaya keçir ki, bu da Rusiyanın başlatdığı yeni bir layihədir. Amma cənub tərəfdən dəniz yolu vasitəsilə Hind okeanı və Suveyş kanalını keçməklə Almaniyanın limanlarına çatdırılmasıdır. Hər iki yolun özünün mənfi cəhətləri var. Çünki cənub yolu 30-35 gün ərzində kifayət qədər böyük və uzun bir müddətdir. Artıq müasir ticarətin qanunları və dinamikliyi tələb edir ki, bu daha sürətli olsun. Şimal yolu isə Rusiya ilə baş verən Avropa Birliyi ölkələri arasında siyasi münasibətlərin soyuq olması və Rusiyanın üzərində sanksiyaların olması və s. riskləri artırır. Belə bir konteksdə Avropa ilə Çini birləşdirən orta kolidor yəni qısa bir marşurutun yaranmasına ehtiyac yaranır ki, Azərbaycan da bundan çox məharətlə istifadə edə bildi". Sia.az