İqtisadiyyat

Politoloq: “BTQ Azərbaycan diplomatiyasının uğurudur”

1 Noyabr 2017 12:15

"Bakı-Tbilisi-Qars dəmir yolu tarixi mərhələdir. Bu layihə Asiya ilə Avropanı birləşdirən qısa bir yoldur”. Bu fikirləri  politoloq Fikrət Sadıqov bildirib. O qeyd edib ki, BTQ-nin həm strateji, həm iqtisadi, həm də siyasi əhəmiyyəti olduqca yüksəkdir: “Layihə tək üç ölkəni deyil, Avropada, Asiyada və Xəzəryanı ərazilərdə yerləşən bir sıra dövlətləri birləşdirən yoldur.

“Sərnişinlər Bakıdan İstanbula və əksinə qatarla gedə biləcəklər”

1 Noyabr 2017 12:12

“Bakı-Tbilisi- Qars (BTQ) dəmiryol xəttinin işə salınması tək Azərbaycan üçün deyil, region üçün əlamətdar gün idi”. Bu fikri politoloq Zaur Məmmədov deyib. 

Azərbaycan “Doing Business 2018” hesabatında 57-ci yerə yüksəlib

1 Noyabr 2017 12:05

Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc olunan hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business” hesabatıdır.

SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd olunub

31 Oktyabr 2017 16:55

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Lord Devid Evans belə görüşlərin artıq ənənə halı aldığını və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək 25 illik SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat verib, ötən dövr ərzində həyata keçirilmiş uğurlu layihələrdən danışıb. Daha sonra BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi”nin təməlinin Heydər Əliyev tərəfindən qoyulması və onun davamçısı Prezident İlham Əliyev cənabları tərəfindən 2050-ci ilə qədər uzadılması çox əlamətdar bir hadisədir. 

Elman Rüstəmov: “İlin sonunadək manat bahalaşa bilər”

31 Oktyabr 2017 16:40

Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq.  Bundan sonra da, bu rejim fəaliyyət göstərəcək. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Sahibkarların yoxlanılma müddəti 4 il uzadıldı

31 Oktyabr 2017 14:56

Milli Məclisin iclasında “sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “Olaylar”ın məlumatına görə, sahibkarlıq obyektlərində yoxlamaların iki il müddətinə dayandırılması bu ilin noyabr ayında başa çatır.

Hesablama Palatasına yeni səlahiyyət verildi

31 Oktyabr 2017 14:55

Milli Məclisin iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişikliklə bağlı sənəd müzakirəyə çıxarılıb. “Olaylar”ın məlumatına görə, sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Binəli Yıldırım: "Bakı-Tbilisi-Qars dəmiryol layihəsi tarixi layihədir"

31 Oktyabr 2017 14:18

“Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin əvvəlindən bu işin içərisində olan bir şəxs kimi deyə bilərəm ki, bu, tarixi layihədir”. Məlumata görə, bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında deyib.

Vitse-spiker: “Kapital xərclər haqqında dəqiq rəqəm demək çətindir”

31 Oktyabr 2017 13:57

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin iclasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən sazişin kapital tutumu haqqında məlumat verib.

Valeh Ələsgərov: "Yeni "AÇG" sazişində yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub"

31 Oktyabr 2017 13:52

"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, "Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş sazişdə Azərbaycan şirkətlərinin üstünlüyünü təmin etmək üçün yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub.

Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib

31 Oktyabr 2017 13:10

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-a daxil olan məlumata görə, bu gündən etibarən Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri on gün davam edəcək.

BTQ-nin siyasi və beynəlxalq əhəmiyyəti daha böyükdür

31 Oktyabr 2017 13:03

“Bakı-Tiblisi- Qars layihəsinin siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür”. Bu fikirləri “OLAYLAR”-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur.

Milli Məclis yenilənmiş sazişi təsdiq etdi

31 Oktyabr 2017 13:01

Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən MM sədrinin müavini Valeh Ələsgərov qeyd edib ki, 1995-2007-ci illər ərzində layihə üzrə ümumi xərclərin həcmi 43.5 milyard dollar olub.

Xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən layihə

31 Oktyabr 2017 12:33

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı təkcə Azərbaycan, Türkiyə, Gürcüstan üçün deyil, eləcə də Avropa İttifaqı, və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır.

Əfsanədən gerçəkliyə aparan yol

31 Oktyabr 2017 12:24

Artıq uzun illərdən bəri xəyallarda dolaşan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gercəkliyə çevrildi. 2017-ci il oktyabrın 30-dan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimi arzuların çin olduğunu təsdiqlədi. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşması iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Sözgedən layihənin icrasına 2007-ci ildə başlanılıb.