Valeh Ələsgərov: "Yeni "AÇG" sazişində yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub"
"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, "Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş sazişdə Azərbaycan şirkətlərinin üstünlüyünü təmin etmək üçün yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub.
31 Oktyabr 2017 13:52 İqtisadiyyat"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş sazişdə Azərbaycan şirkətlərinin üstünlüyünü təmin etmək üçün yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub. Bu layihədən aldığımız pullarla Azərbaycanda müvafiq infrastruktur yaradılır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında sədr müavini Valeh Ələsgərov bildirib. Xəzərin ekoloji vəziyyəti ilə bağlı iradlara cavab olaraq vitse-spiker deyib ki, bu layihədə aparılan işlər ən yüksək ekoloji tələblərə cavab verir: "Azərbaycanın layihədən aldığını heç bir dövlət bu cür layihələrdən almayıb. Azərbaycanın maraqları ən yüksək səviyyədə qorunub".