Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-a daxil olan məlumata görə, bu gündən etibarən Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri on gün davam edəcək.
31 Oktyabr 2017 13:10 İqtisadiyyatAzərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. "OLAYLAR"-a daxil olan məlumata görə, bu gündən etibarən Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri on gün davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Qeyd edək ki, yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 378 km dəmir yolu əsaslı təmir olunub.