Milli Məclis yenilənmiş sazişi təsdiq etdi

Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən MM sədrinin müavini Valeh Ələsgərov qeyd edib ki, 1995-2007-ci illər ərzində layihə üzrə ümumi xərclərin həcmi 43.5 milyard dollar olub.

Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən MM sədrinin müavini Valeh Ələsgərov qeyd edib ki, 1995-2007-ci illər ərzində layihə üzrə ümumi xərclərin həcmi 43.5 milyard dollar olub. Valeh Ələsgərovun sözlərinə görə, "Azəri- Çıraq-Günəşli" yatağının işlənməsində 5.7 milyard dollara yaxın mənfəəti olub. "Azərbaycanın payına 130 milyard dollara yaxın mənfəət nefti şəklində gəlir düşür. Bundan başqa Azərbaycan şirkətləri bu layihədə podratçı kimi fəaliyyət göstərib ki, bunun da həcminin hesablasaq bir neçə milyard dollar edər. Bugünkü sazişin bitməsinə 7 il qalır. Bu müddətdə podratçı tərəflərdən böyük sərmayələrin qoyulmasını tələb etmək mümkün olmaz. Çünki 7 ilə bu vəsaiti qaytarmaq olmaz. 2019-cu ildən layihənin maliyyələşməsi haqqında qərara verilsə də, ilk neft bu layihə çərçivəsində ilk neft 2023-cü ilin ortalarında çıxarıla bilər. Bu məqsədlə Azərbaycan şirkətləri ilə xarici podratçılar layihənin davam etdirilməsi haqqında razılıq əldə ediblər"- Valeh Ələsgərov bildirib. Parlamentin vitse-spikeri söyləyib ki, layihənin yenilənmiş sazişin qüvvəyə minmə tarixindən başlayaraq 2049-cu ilin 31 dekabrınadək davam edəcəyi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31