Əfsanədən gerçəkliyə aparan yol

Artıq uzun illərdən bəri xəyallarda dolaşan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gercəkliyə çevrildi. 2017-ci il oktyabrın 30-dan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimi arzuların çin olduğunu təsdiqlədi. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşması iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Sözgedən layihənin icrasına 2007-ci ildə başlanılıb.

Bakı-Tbilisi-Qars həm də İpək yolu ölkələrinin iqtisadi əlaqələrini genişləndirəcək
 

Artıq uzun illərdən bəri xəyallarda dolaşan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gercəkliyə çevrildi. 2017-ci il oktyabrın 30-dan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimi arzuların çin olduğunu təsdiqlədi. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşması iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Sözgedən layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Rayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb.Qeyd edək ki, bu il sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə dəmir yolu xəttinə ilkin baxış keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, yolda aparılan tikinti və son tamamlama işləri, onun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ dəmir yolu xəttinin açılışa hazırlığı ilə maraqlanıblar. Tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər. Məlumat üçün qeyd edək ki, marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttində ildə 1 mln. insanın yararlanacağı deyilir. Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Maraqlıdır, uzun müddətdən sonar reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyəti nədən ibarətdir?
Ekspertlərin qənaətinə görə, Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin siyasi və iqtisadi əhəmiyyəti danılmazdıe. Laiyhə ilk növbədə Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin daha da dərinləşdirilməsi, gücləndirilməsinə kömək olacaq. Belə ki, bu layihəyə iqtisadiyyatın bir sahəsinin inkişafı kimi yanaşmaq olmaz. Bakı-Tiflis-Qars dəmir yolu xətti Azərbaycanın, Gürcüstanın, Türkiyənin logistika baxımından çox böyük miqyasda daha da yaxınlaşmasına təsir göstərir. Bu üç ölkə arasında işçi qüvvəsinin rahat şəkildə axını, turizmin, sənayenin, kənd təsərrüfatının, emal sahələrinin inkişafı deməkdir. Gürcüstan, Türkiyənin turizm imkanlarının perspektivini nəzərə alsaq, bu imkan verəcək ki, bu sahə Azərbaycan bazarında da inkişaf etsin və ölkəmizə turist axını həyata keçirilsin.
Bundan başqa bu layihənin də özünün geosiyası əhəmiyyəti var. Belə ki, bununla Azərbaycan Ermənistanı digər layihələrdən də təcrid etmiş oldu. Məlum olduğu kimi SSRİ dövründə dəmir yolu xətti var idi. Azərbaycan vətəndaşları nəinki Naxçıvana, hətta Avropaya kimi qatarla gedə bilirdi. Çox təəssüf ki, o yerlər indi işğal altındadır. Yeni dəmir yolu həm də ona görə çəkildi ki, Ermənistanın regionda reallaşan bütün layihələrdən kənarda qalsın. Bakıdan Naxçıvana dəmir yolu ilə getmək üçün xüsusi layihə də hazırlanır ki, Azərbaycan hökuməti bu layihəni də reallaşdıracaq. Layihənin nəticələrinin biri də işğalçı Ermənistanın blokadasının daha da möhkəmlənməsidir. Ermənistan işğal siyasətini davam etdirməklə özünü daha bir böyük layihədən kənarda qoydu. Bu isə o deməkdir ki, erməni xalqı hələ neçə-neçə uzun illər aclıq və səfalət içində yaşamağa davam edəcək. Məlum olduğu kimi Türkiyədən Naxçıvana 40 km-lik məsafə var. Bu əraziləri də birləşdirsələr əlbəttə ki, Naxçıvana da getmək mümkün olacaq. Mütəxəssilər hesab edirlr ki, bu layihə ilə bir çox problemləri həll etmək mümkün olacaq. Məsələn, sözügedən dəmir yolu vasitəsilə artıq sərbəst şəkildə Avropaya çıxmaq mümkün olacaq. Hətta, İstanbula dəmir yolu xətti ilə iki günə gedib çatmaq imkanı əldə ediləcək. Bu layihənin reallaşması Asiyadan, hətta Pekindən tutmuş Londona qədər dəmir yolu ilə 12 gün müddətində gedib gəlmək mümkün olacaq. Məlumata görə, bu xətt vasitəsilə il ərzində 1.5 milyon nəfər istifadə edəcək və il ərzində 6.5 milyon ton yük daşınması həyata keçiriləcək. Odur ki, bu layihəyə təkcə üç ölkənin proyekti kimi yanaşmaq düzgün olmaz. Bu üç ölkənin iqtisadiyyatının digər sahələrinə, gələcəkdə isə Avropanın, Orta Asiyanın ölkələrinin də iqtisadi əlaqələrinin inkişafına təsir edən amildir. Layihə həm də İpək yolu xətti üzərində yerləşən ölkələrə iqtisadi əlaqələrin genişlənməsinə təsir göstərəcək.
Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31