SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd olunub
Böyük Britaniya Parlamentinin Lordlar Palatasında SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Lord Devid Evans belə görüşlərin artıq ənənə halı aldığını və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək 25 illik SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat verib, ötən dövr ərzində həyata keçirilmiş uğurlu layihələrdən danışıb. Daha sonra BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi”nin təməlinin Heydər Əliyev tərəfindən qoyulması və onun davamçısı Prezident İlham Əliyev cənabları tərəfindən 2050-ci ilə qədər uzadılması çox əlamətdar bir hadisədir.
31 Oktyabr 2017 16:55 İqtisadiyyatBöyük Britaniya Parlamentinin Lordlar Palatasında SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Lord Devid Evans belə görüşlərin artıq ənənə halı aldığını və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək 25 illik SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat verib, ötən dövr ərzində həyata keçirilmiş uğurlu layihələrdən danışıb. Daha sonra BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək bildirib ki, "Əsrin müqaviləsi"nin təməlinin Heydər Əliyev tərəfindən qoyulması və onun davamçısı Prezident İlham Əliyev cənabları tərəfindən 2050-ci ilə qədər uzadılması çox əlamətdar bir hadisədir.
Tədbirdə Lordlar Palatasının üzvləri Lord Richard Rizbi, Lord Devid Evans, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə və Tofiq Qəhrəmanov, Böyük Britaniyanın Avropa və Amerika üzrə Dövlət Naziri Alan Dankan, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BP-nin baş ofisində vitse-prezident Emili Olson, də Baş Əməliyyatlar Rəhbəri Qordon Birrel, BP-nin AGT üzrə vitse-prezindenti Co Mörfi, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroft, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən bir çox ölkələrin səfirləri və digər rəsmi şəxslər iştirak ediblər. Görüş qarşılıqlı müzakirələr və axşam ziyafəti ilə davam etdirilib.