BTQ-nin siyasi və beynəlxalq əhəmiyyəti daha böyükdür
“Bakı-Tiblisi- Qars layihəsinin siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür”. Bu fikirləri “OLAYLAR”-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur.
31 Oktyabr 2017 13:03 İqtisadiyyat"Bakı-Tiblisi- Qars layihəsinin siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür". Bu fikirləri "OLAYLAR"-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur. Amma siyasi və beynəlxalq baxımdan bu layihə çox mühüm bir addımdır: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır. 10 il ərzində ərsəyə gələn bu layihə nəticə etibarı ilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərəcək. Bu çox mühüm bir hadisədir. Bu layihə ilə Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeləri daha da güclənəcək, hər 3 ölkə böyük maliyyə əldə edəcək. Bu hadisə Azərbaycanın ixrac imkanlarını yüksəldəcək. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da gücləndirəcək". Politoloqun sözlərinə görə, bu proses dünyaya həm də onu göstərdi ki, Azərbaycanın təşəbbüsü ilə olan bütün layihələr təsdiqini tapır və reallaşır: "Bu layihə Azərbaycanın daha bir tarixi addımıdır. Layihənin reallaşması həmin xətt boyunca ölkələrin Azərbaycanla əməkdaşlığının daha da möhkəmlənməsinə səbəb olacaq".