Vitse-spiker: “Kapital xərclər haqqında dəqiq rəqəm demək çətindir”

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin iclasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən sazişin kapital tutumu haqqında məlumat verib.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin iclasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən sazişin kapital tutumu haqqında məlumat verib. "Olaylar"ın məlumatına görə, deputat Vahid Əhmədovun sualını cavablandıran V. Ələsgərov qeyd edib ki, indidən kapital xərcləri haqqında dəqiq rəqəm demək çox çətindir: "Bunu kim desə, səhv edəcək. Bu haqda dəqiq proqnoz vermək olmaz. Çünki yatağın işlənməmiş hissəsində də işlər aparılacaq. Bu layihənin kapital tutumu 33 milyard da, 28 milyard da ola bilər. Dəqiq rəqəm işlər görülüb bitəndən sonra müəyyən olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31