“Anadolu” agentliyi: “BTQ ilə Londondan Pekinə birbaşa getmək olacaq”

Tarixi İpək Yolunu yenidən canlandıran bir layihə kimi tanınan “Bakı-Tiflis-Qars” (BTQ) dəmiryolunda ilk qatar hərəkət edəcək.   Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Agentliyin yaydığı məlumatda bildirilir ki, Çindən Avropaya birbaşa dəmiryolu nəqliyyatını təmin edəcək BTQ-nn Bakının Ələt limanındakı açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan dövlət başçısı İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili qatılacaq.

Tarixi İpək Yolunu yenidən canlandıran bir layihə kimi tanınan "Bakı-Tiflis-Qars" (BTQ) dəmiryolunda ilk qatar hərəkət edəcək.   Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Agentliyin yaydığı məlumatda bildirilir ki, Çindən Avropaya birbaşa dəmiryolu nəqliyyatını təmin edəcək BTQ-nn Bakının Ələt limanındakı açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan dövlət başçısı İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili qatılacaq.  

Bildirilib ki, uzunluğu 838 kilometr olan dəmiryolunun 76 kilometri Türkiyədən, 259 kilometri Gürcüstandan və 503 kilometri isə Azərbaycandan keçir. Layihənin Türkiyə hissəsində 4 stansiya, 3 körpü ilə birgə ümumilikdə, 76 kilometrlik dəmiryolu tikilib. Türkiyə ilə Gürcüstan sərhəd-keçişi tunellə təmin edilib. Tunelin 2 min 375 metri Türkiyə, 2 min 70 metri isə Gürcüstan ərazisinə aiddir. 
Həmçinin qeyd edilib ki, illik 1 milyon sərnişin və 6,5 milyon ton yük daşıma qabiliyyətinə malik olan BTQ üçün Gürcüstan tərəfində isə 105 kilometr yeni dəmiryolu xətti çəkilib, 154 kilometrlik rels yenilənib. Azərbaycanda isə 503 kilometrlik dəmiryolu xətti layihəyə uyğun vəziyyətə gətirilib. 
Dəmiryolu xəttinin reallaşması ilə Londondan Pekinə birbaşa olaraq getmək mümkün olacaq. Çindən çıxan yüklərin Qazaxıstan və Türkmənistan üzərindən keçməklə Xəzər dənizi ilə Bakı Ələt limanına, oradan da Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılması nəzərdə tutulur. 
Qatarın sərnişin tutumunun 2034-cü ilə qədər 3 milyon, yük tutumunun isə 17 milyon ton çatdırılması planlaşdırılır. Türkiyə ilə Asiya, Qafqaz və Avropa ölkələri arasında illik 50 milyon tona çatacaq beynəlxalq daşıma potensialı yaranacaq.
Qeyd edək ki, Çindən Avropaya gedən dəmiryollarının hamısı Rusiya üzərindən keçir. BTQ-nın reallaşması ilə məsafə təxminən 7 min kilometr qısalacaq. Belə olduqda Çin ilə Avropa arasındakı yük trafikinin əhəmiyyətli bir qisminin Rusiyadan bu yola transfer olunacağı təxmin edilir. BTQ dəmir yolu vasitəsi ilə məhsullar Çindən Avropaya 15 günə çata biləcək. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31