Şərqlə Qərbi birləşdirən qlobal layihə
Nəhayət ki, gözlənilən tarixi gün yetişdi və oktyabrın 30-da üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Baki-Tbilisi-Qars dəmir yolu xətti Bakıda təşkil olunan rəsmi açılış mərasimi istifadəyə verildi. Azərbaycan və Türkiyə prezidentləri-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, eləcə də Gürcüstan və Qazaxıstanın baş nazirlərinin iştirakı ilə baş tutan açılış mərasimi ilə Bakı-Tbilisi-Ceyhandan başlayan üçtərəfli strateji əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ilk gündən qısqanclıqla qarşılandı, bu layihəyə, ən əsası Ankara, Bakı və Tbilisinin yeni bir formatda əməkdaşlığına əngəllər törədilməyə cəhdlər edildi. Təbii ki, BTC kimi bu layihənin də reallaşmasına ən böyük maneəni Ermənistan və erməni lobbisi törətmək istəyirdi. Çünki sözügedən layihə bir daha Ermənistanı regional və beynəlxalq əhəmiyyətli layihələrdən kənarda saxlayırdı və işğalçı ölkənin izolyasiyasını sürətləndirirdi. Ona görə də ermənilərin kompakt yaşadığı və dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində erməni təxribatlarına cəhdlər törədildi. Lakin hər zaman olduğu kimi bu təxribatlar da prosesi əngəlləyə bilmədi.
31 Oktyabr 2017 12:20 SiyasətBakı-Tbilisi-Qars dəmir yolu xətti məhz belə xarakterizə edilir
Nəhayət ki, gözlənilən tarixi gün yetişdi və oktyabrın 30-da üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Baki-Tbilisi-Qars dəmir yolu xətti Bakıda təşkil olunan rəsmi açılış mərasimi istifadəyə verildi. Azərbaycan və Türkiyə prezidentləri-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, eləcə də Gürcüstan və Qazaxıstanın baş nazirlərinin iştirakı ilə baş tutan açılış mərasimi ilə Bakı-Tbilisi-Ceyhandan başlayan üçtərəfli strateji əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ilk gündən qısqanclıqla qarşılandı, bu layihəyə, ən əsası Ankara, Bakı və Tbilisinin yeni bir formatda əməkdaşlığına əngəllər törədilməyə cəhdlər edildi. Təbii ki, BTC kimi bu layihənin də reallaşmasına ən böyük maneəni Ermənistan və erməni lobbisi törətmək istəyirdi. Çünki sözügedən layihə bir daha Ermənistanı regional və beynəlxalq əhəmiyyətli layihələrdən kənarda saxlayırdı və işğalçı ölkənin izolyasiyasını sürətləndirirdi. Ona görə də ermənilərin kompakt yaşadığı və dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində erməni təxribatlarına cəhdlər törədildi. Lakin hər zaman olduğu kimi bu təxribatlar da prosesi əngəlləyə bilmədi.
Bakı-Tbilisi-Qarsın uğurla yekunlaşmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyini də xüsusi qeyd etmək lazımdır. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi yekunlaşaraq istismara verildi.
Məlumat üçün qeyd edək ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı" layihəsi barədə danışıqlara hələ 20 il əvvəl start verilmişdi. Belə ki, 1993-cü il, 26-29 iyul tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında sözügedən layihə barədə fikir mübadiləsi aparılmışdı. 2002-ci ilin iyul ayında Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 14 iyun 2004-cü ildə Gürcüstana rəsmi səfəri zamanı Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdi. Həmin vaxtdan layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşməyə başladı, bu bağlantının reallaşması istiqamətində də bir sıra görüşlər keçirildi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk addımı rəsmi isə 2004-cü ildə atılmış oldu. Belə ki, 2005-ci il, may ayının 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzalandı. Bu Bəyənnamə əslində hər üç ölkə rəhbərinin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu bağlantısı layihəsinini nə qədər gərəkli olduğuna bir baxış idi. Beləliklə, ötən müddət ərzində hər üç ölkənin müştərək fəaliyyəti, birgə görüdüyü tədbirlər nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə tam hazır oldu və oktyabrın 30-da dəmir yolu xətti Bakıdan ilk qatarın yola salınması ilə istifadəyə verildi.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə təkcə üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın birgə əməkdaşlığı prizmasından baxmaq doğru olmazdı. Düzdür, bu layihə Ankara, Bakı və Tbilisinin üçtərəfli formatda əməkdaşlığı üçünü yeni bir zəmin yaratdı, ölkələr arasında əlaqələr bununla yeni bir mərhələyə qədəm qoydu. Şübhə yox ki Bakı-Tbilisi-Ceyhanla başlanan bu əməkdaşlıq Bakı-Tbilisi-Qarsla daha da dərinləşəcək, yeni əməkdaşlıq imkanları açacaq. Üç ölkənin timsalında regionda yeni bir əməkdaşlıq formatı yaranacaq.
Bakı-Tbilisi-Qars siyasi baxımdan əhəmiyyətli olmaqla yanaşı, iqtisadi baxımdan da olduqca sərfəli və hər üç ölkəyə dividentlər gətirəcək bir layihədir. Bu layihənin reallaşması Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsir göstərməklə yanaşı, qarşılıqlı şəkildə yükdaşımaları da asanlaşdıracaq və sərfəli edəcək. Məlumat üçün qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 milyon tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq. Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin beynəlxalq əhəmiyyətinə gəlincə, bu layihəyə olan beynəlxalq maraq onu deməyə əsas verir ki, BTQ-nin reallaşması təkcə regional deyil, eləcə də qlobal xarakterlidir və əhəmiyyətlidir. Avropadan tutmuş Asiyaya qədər bir sıra ölkələrin öz mallarını məhz BTQ vasitəsailə daşımağa maraq göstərməsi dəmir yolu xəttinin beynəlxalq əhəmiyyətini ortaya qoyur. Bu eyni zamanda Azərbaycanın da beynəlxalq arenadakı yeri və rolunu artırmış olur. Bu layihə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bir daha Azərbaycanın Asiya və Avropanı birləşdirən körpü rolu oynadığını təsdiqləyir. İlk növbədə isə bu Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi ilə bağlıdır. Məhz bu imkan Azərbaycanın bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirakını təmin edir. Bu sıraya edir. TRASEKA, "Şimal-Cənub" kimi iri nəqliyyat dəhlizlərini aid etmək mümkündür. Bakı-Tbilisi-Qars layihəsinıə gəlincə isə bu zamanında Azərbaycanın, eləcə də regional əməkdaşlığın gələcəyinə hesablanmış daha bir addım idi. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qarsı iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə də edirlər. Eyni zamanda sözügedən dəmir yolu xətti Avropa İttifaqı, Birləşmiş Ştatlar və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Elə Qazaxıstanın baş nazirinin dəmir yolu xəttinin açılış mərasiminə qatılması bunun əyani sübutu idi. Bu layihə həmçinin Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin təsdiqidir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ekspertlər, analitik təhlilçilər, politoloqlar tərəfindən də yüksək qiymətləndirilir. Politoloq Vüqar Zifəroğlu deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Onun sözlərinə görə, bu layhə iştirakçı olan hər üç ölkə arasında iqtisadi münasibətlərin daha sıx olmasına təkan verməklə yanaşı, bölgədə yeni bir enerji dəhlizini yaratmaqdadır: "Həmin dəmiryolu xətti vasitəsi ilə ölkəmiz beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edir. Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti yalnız iqtisadi deyil, həm də regionun geosiyasi mənzərəsinə ciddi təsir edə biləcək ağırlıqda olan əhəmiyyətli bir hadisədir.
Amma burada həm də ən vacib məqam tarixlə bağlıdır - 30 oktyabrla. 99 il öncə bu günki tarixdə bağlanan Mudros anlaşmasının 11-ci maddəsi Türk ordusunun tamamən Qafqazdan çəkilməsini özündə ehtiva edirdi. Bu müqavilə həm də felən Osmanlının süqutunun elanı idi. Və indi 99 il sonra Türkiyə Cənubi Qafqazda hər zaman yanında olduğu Azərbaycanla birliyini yenidən bütün dünyaya nümayiş etdirməkdədir". Vüqar Zifəroğlu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ilə Ermənistanın bir daha çətin vəziyyətdə qaldığını vurğulayılb. O, bildirib ki, Ermənistan öz işğalçılıq siyasəti səbəbindən bütün regional və transmilli layihələrdən kənardadır: " Ermənistanın vəziyyəti ortadadır: Rusiya sadəcə olaraq zamanında bu layihənin işə düşməməsi üçün bütün siyasi və iqtisadi təzyiqlərdən istifadə etdi. Amma güründüyü kimi, bir şeyə nail ola bilmədi ki, layihənin açılışı baş tutdu. Bundan sonrakı dönəmdə ruslar bu layihədən yararlanmağa çalışacaqlar.
Məsələ bundadır ki, hazırda Çin ərazisindən Avropaya daşınan yükün həcmi 240 milyon tondan çoxdur. Yəni Çinə alternativ nəqliyyat yolları lazımdır. Bu yükün Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınması digər dəhlizlərlə müqayisədə daha tez (30-45 gün) olacağından, maliyyə baxımından daha sərfəli olacaq. Təbii ki, burada məqsəd həm də Orta Asiya və Çinin də iştirakçısı olduğu Orta Dəhliz Nəqliyyat Xəttinin əhəmiyyətli hissəsinə çevrilməkdir. Yəni biz, əslində səmərəli və iqtisadçıların - dili ilə desək, rentabilli bir layihə ortaya qoymaqla həmin çətinlikləri nəinki dəf edirik, həmin ölkələri tərəfdaşlara çevirməklə layihənin əhəmiyyətini artırmış oluruq".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu Türk dövlətlərini bir-birlərinə bağlayan böyük siyasi bir layihədir. Onun sözlərinə görə, lahiyənin siyasi-iqtisadi əhəmiyyətini qeyd etməklə yanaşı bir faktı da vurğulamaq lazımdır ki, Avropanın Şərqə açılışı məhz Türk dünyası üzərindən həyata keçirilir: "Bakı-Tbilisi-Qqar və Transxəzər marşutundan Qırğızıstan, Türkmənistan, Özbəkistan həmçinin Çinin tərkibində olan Uyğurustanda yararlana biləcək. Bu meqa layihə Turanın -türk dövlətlərinin birliyinin simvoludur. Rusiyanın artıq Cənubi Qafqaz və Mərkəzi Asiyadan çıxarılmasıda Bakı-Tbilisi- Qars dəmiryolunun geosiyasi və geostrateji əhəmiyyəti danılmaz faktdır".
Süleyman İsmayılbəyli