Regionun ikinci böyük siyasi-iqtisadi layihəsi

“Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin - Bakı-Tiflis-Qars dəmir yolunun açılışına şahidlik edəcəyik.

"Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin - Bakı-Tiflis-Qars dəmir yolunun açılışına şahidlik edəcəyik. Bu tranzit nəqliyyat layihəsi Azərbaycanın öncüllüyü ilə Cənubi Qafqazı uzaq Asiya və Avropa ilə bağlamaqla bir sıra strateji dəyişikliklərə səbəb olacaq gücdədir"."OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud səsləndirib:  "Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi eyni zamanda indiyədək Ermənistanın bölgədəki bütün mühüm layihələrdən təcridini uğurla həyata keçirən, Azərbaycanın strateji hədəfə çatmağa doğru izlədiyi siyasətdə çöx önəmli nailiyyətidir. Beynəlxalq ictimaiyyət, beyin mnərkəzləri bununla Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha doğru şəkildə analiz etmək imkanı qazanacaq. Ancaq təbii ki, bu layihəyə paralel olaraq Rusiyanın dotasiyası və erməni diasporunun yardımı ilə yaşayan Ermənistanın regionda təcrid olunmuş vəziyyətdən çıxması üçün Abxaziya-Ermənistan dəmir yolu xəttinin bərpası üçün göstərilən səyləri və Gürcüstanın bu məsələdə davranışlarını da diqqətdə saxlamalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31