Türk lirəsi sürətlə ucuzlaşır

Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir.Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.

Lirənin ucuzlaşması Azərbaycana ziyan vura bilərmi?

Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir. Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyədə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb. Bununla belə, hazırda Türkiyənin nağd valyuta bazarında dollar 3,71 lirəyə bərabərdir. İstənilən halda ötən həftənin sonu ilə müqayisədə dollar 3% bahalaşıb. Ekspertlər hesab edirlər ki, Türk lirəsində müşahidə olunan ucuzlaşma qlobal maliyyə bazarına da sıçraya bilər. Türkiyədə qiymətinin 3,53 lirədən aşağı düşməsi çox çətin olacaq. Çünki lirənin dollar qarşısında zəifləməsi üçün səbəblər var. İlk növbədə, Türkiyənin xarici ticarət balansının kəsiri artıb. Bu ilin sonuna qədər Türkiyədə dolların məzənnəsi 3,6-3,75 lirə, gələn il isə 3,7-4,2 lirə ola bilər.
Xatırladaq ki, Türkiyə höküməti milli valyuta siyasətində üzən məzənnə siyasətinə keçdiyindən lirə sürətlə dəyərdən düşməsi müşahidə olunur. Son zamanlar Türkiyənin milli valyutası - lirənin məzənnəsi, dünyanın aparıcı valyutası - dollara nisbətdə sürətlə dəyərdən düşür. Məlumata görə, lirə təkcə dollar qaşısında deyil, eyni zamanda Azərbaycan manatına nisbətdə də kəskin ucuzlaşmaqdadır. Son 4 ay ərzində lirə manat qarşısında 17,2 % ucuzlaşıb. Belə ki, ötən ilin sentyabr ayının 10-də tarixində valyuta dəyişmə məntəqələrində bir lirə 56,13 qəpiyə dəyişdirilib. 4 ay sonra, yəni bu ilin yanvar ayının 10-də bu göstərici 46,5 qəpiyə qədər düşüb. Onu da bildirək ki, lirənin manata nisbətdə ucuzlaşmasının əsas səbəbi dolların Türkiyənin milli valyutası qarşısında bahalanması ilə bağlıdır. Türkiyə lirəsinin milli valyutamıza nisbətən dəyərdən düşməsi heç şübhəsiz ki, ilk növbədə qardaş ölkədən idxal olunan malların həcmini artıracaq. Lirənin ucuzlaşması eyni zamanda Türkiyədən ölkəmizə məhsul idxal edənlərin daha çox qazanc əldə etməsinə səbəb olacaq. Bildiyimiz kimi, Türkiyə idxalda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Gömrük Komitəsinin məlumatına görə, ötən ilin ilk 11 ayı ərzində Türkiyədən ölkəmizə 1 milyard 66,1 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 13,8%-i təşkil edib. Eyni zamanda qeyd edək ki, son 4 ayda manatın məzənnəsinin lirə qarşısında 17,2% bahalanması Türkiyədən gətirilən məhsulların eyni səviyyədə ucuzlaşması deməkdir. Məsələn, 4 ay əvvəl Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 56,1 manat ödəyirdiksə, hazırda eyni paltara 46,5 manat ödəyirik. Maraqlıdır, Türk lirəsinin ucuzlaşması Azərbaycana nə vəd edir? Bu ucuzlaşmanın manatım məzənnəsinə təsiri ola bilərmi?

İqtisadçı alim Vüqar Bayramov bildirib ki, rəsmi Ankaranın bir sıra Qərb ölkələr , xüsusən də ABŞ və Almaniya ilə münasibətlərinin pisləşməsi Türk lirəsinin dəyərsizləşməsi prosesini sürətləndirib. Son 1 ildə dollara nisbətən 22 faiz ucuzlaşan lirə yalnız oktyabr ayında 7 faizə yaxın dəyər itirib. İndi 1 dollar almaq üçün təxminən 3.8 lirə ödəmək lazımdır. Türkiyə Azərbaycan üçün yalnız stratreji deyil, həmçinin iqtisadi tərəfdaş olduğundan lirənin məzənnəsi bizim üçün də, dolayı olsa belə, vacibdir. Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycan Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rəqəmlər göstərir ki, Türkiyə Azərbaycan üçün vacib tərəfdaşlardan biridir və bu baxımdan, lirənin ucuzlaşması bizim üçün də arzuolunan deyil. Belə ki, ucuzlaşan lirə Azərbaycanın Türkiyəyə qeyri-neft ixracatına mənfi təsir göstərə bilər. Çünki, Azərbaycan məhsulları Türkiyə bazarında lirə ifadəsində bahalaşır ki, bu da qeyri-neft məhsullarımızın qardaş ölkədə rəqabət imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, lirənin ucuzlaşması Türkiyədən idxalı stimullaşdırır ki, bu da ticarət dövriyyəmizdəki saldo üçün əlverişli deyil.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31