Gizli iqtisadiyyatın qarşısı alınır
İstənilən ölkədə qeyri-rəsmi məşğulluğun olması iqtisadi inkişafa mənfi təsir etməklə yanaşı, həm də vətəndaşların mənafelərinin qorunması baxımından ziyanlıdır. Daha dəqiq, qeyri-leqal işçilərin mövcudliğu bir tərəfdən vergidən yayınmaqdırasa, digər tərəfdən işçilərin əmək və sosial hüquqlarının pozulması deməkdir. Məhz belə halları nəzərə alan prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri- rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
23 Oktyabr 2017 15:53 İqtisadiyyatQeyri-rəsmi məşğulluq aradan qaldırlır
İstənilən ölkədə qeyri-rəsmi məşğulluğun olması iqtisadi inkişafa mənfi təsir etməklə yanaşı, həm də vətəndaşların mənafelərinin qorunması baxımından ziyanlıdır. Daha dəqiq, qeyri-leqal işçilərin mövcudliğu bir tərəfdən vergidən yayınmaqdırasa, digər tərəfdən işçilərin əmək və sosial hüquqlarının pozulması deməkdir. Məhz belə halları nəzərə alan prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri- rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Artıq sərəncamın icrası məqsədilə xeyli iş görülüb. Xatırladaq ki, rəsmi statistikaya əsasən Azərbaycanda qeydiyyatsız işləyənlərin ümumi sayı təxminən 900 min nəfər təşkil edir. İqtisadçı ekspert Rövşən Ağayev qeyd edib ki, Azərbaycandan fərqli olaraq inkişaf etmiş ölkələrdə işçi qüvvəsinin ən azı 90 faizi, bir sıra keçid ölkələrində isə 80-85 faizi rəsmi işəgötürənlə imzalanan əmək müqavilələri əsasında fəaliyyət göstərir. İnkişaf etmiş ölkələrdə özünüməşğul əhalinin payı 7-8 faizə, işəgötürənlərin xüsusi çəkisi isə 6-7 faizə çatır. Müqaviləsiz çalışanların payının yüksək olduğu ölkələr inkişaf etməkdə olan və geridə qalmış ölkələrdir. Məsələn, qeyri-rəsmi fəaliyyət göstərən işçi qüvvəsinin ümumi məşğulluqda payı Latın Amerikası ölkələrində 55 faiz, Afrika ölkələrində 80 faiz ətrafında, Asiya ölkələrində isə 45-85 faiz intervalındadır. Dünyada muzdlu işçilər kateqoriyasına işəgötürənlə əmək müqaviləsi bağlayan işçi qüvvəsi aid edilir. Oxşar yanaşma Azərbaycanda da tətbiq olunur. Milli qanunvericiliyə görə, yazılı əmək müqavilələri vasitəsilə əmək şəraitini, vəzifə və öhdəlikilərini dəqiqləşdirən işçilər muzdlu işçilər adlandırılır. Bu kateqoriyaya daxil olmayan məşğul əhali isə işəgötürənlər və özünüməşğul əhali hesab edilir. Dünya təcrübəsində özünüməşğul işçi qüvvəsi həm də qeyri-rəsmi məşğul əhali adlandırılır. Çünki özünüməşğulluq rəsmi qeydiyyata alınmır, onların vergi orqanları və sosial müdafiə fondları qarşısında vergi öhdəliklərləri yaranmır. Nazirlər Kabinetinin 2014-cü ilin iyununda qəbul elədiyi 183 saylı qərar əmək müqavilələrinin elektronlaşdırılmasını nəzərdə tutur. Bu qaydalara əsasən, müqavilənin bağlanması, onlara dəyişiklik edilməsi (yaxud xitam verilməsi) elektron qaydada elektron informasiya sistemində qeydiyyata alınmalıdır. Hər bir işəgötürən əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsinin bildirişini elektron informasiya sisteminə daxil etməyə öhdəlik daşıyır. İnzibati Xətalar Məcəlləsinə görə, qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi qüvvəyə minmədən işçi çalışdıran işəgötürənlər üçün sərt cəzalar var. Məsələn, hüquqi şəxslər 20-25 min manat intervalında cərimə edilə bilər. Vergi Məcəlləsinin 58-ci maddəsinə görə də sahibkarlar muzdlu işçiləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müqavilə bağlamadan əmək fəaliyyətinə cəlb etdikdə müqaviləsiz çalışdırılan hər bir işçi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir: "Göründüyü kimi, ağır sanksiyalar, əmək müqavilələrinin elektronlaşdırılması ilə bağlı yeni mexanizm işçi qüvvəsinin leqal çalışmasına heç bir töhfə verməyib. Qeyri-formal məşğulluq gizli iqtisadiyyatın yaratdığı fenomendir. Ona görə məhz kölgə iqtisadiyyatının sərhədləri daraldılmalıdır. Sahibkarlar kölgə iqtisadiyyatına yalnız işçi qüvvəsinə görə vergi və xərclərdən yayınmaq üçün üstünlük vermirlər. Səbəb həm də odur ki, onlar dövriyyəni gizlətməklə ƏDV-dən və digər dövriyyə vergilərindən, gəlirlərini gizlətməklə mənfəət vergisindən yayına bilirlər. Gizli iqtisadiyyatda çalışan biznesin dövriyyə və mənfəət vergilərindən yayındırdıqları hesabına real qazancları qeyri-rəsmi məşğulluğa görə qazanclarından daha böyükdür. Ona görə problemin əsas səbəbinin üzərinə getmədən məsələnin çözümü yoxdur. Vergi qanunvericiliyi biznesin dövriyyə və mənfəət vergilərindən yayınması üçün mükəmməl mexanizmlərin tətbiqinə tam nail olsa, gizli işçi qüvvəsini leqallaşdırmaq indikindən daha asan olacaq. Əlavə olaraq Əmək Müfəttişliyinin qanundakı sanksiyalardan effektiv istifadə mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırmasına ehtiyac var. Bu qurum üzərində media və vətəndaş cəmiyyətinin müntəzəm nəzarəti olduqca önəmlidir". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Əmək bazarında qeyri-formal əmək münasibətlərinin mövcudluğu, milli qanunvericilikdə dəqiq müəyyən olunan hüquq pozuntusu olaraq, ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərir, layiqli əməyin dəstəklənməsi və nəticə etibarı ilə əmək məhsuldarlığının yüksəldilməsi üçün çətinliklər yaradır. Bunu dərk edərək, Azərbaycan Hökuməti sosial tərəfdaşları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi tədqiqtçıları cəlb edərək, problemin tezliklə aradan qaldırılması üçün birgə səyləri səfərbər edib zəruri addımlar atır. Qeyd olunan hədəflərə nail olmaq üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqlarının və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının rəhbərləri səviyyəsində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası və Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb. Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. İnsafən desək, sözügedən nazirlik əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqmətinda xeyli işlər görüb. Müasir informasiya kommunikasiya texnologiyalarından yararlanaraq innovativ yeniliklərə imza atıb. Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasına, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasına böyük imkanlar yaradıb.
Nurlan