Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus əməkdaşlarının şəxsi məlumatları satışa çıxarılıb.

Ölkədəki diplomatik korpuslara xidməti göstərən A-Qroup Sığorta Şirkətinin hesabı bir müddət əvvəl ələ keçirilib.

Əldə olunan məlumata görə, satışa çıxarılan siyahıda İtaliya, Avstriya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, həmçinin BP və digər xarici korporasiyaların əməkdaşları yer alıb.
Xatırladaq ki, sözügedən sığorta şirkəti 6 iyul 2025-ci ildə "Crypto24" adlı şantajçı proqram qrupu tərəfindən kiberhücuma məruz qalmışdır. (Gununsesi.info)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31