Sahibkarlar məhsulların ixrac qabiliyyətini nəzərə almalıdırlar
Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti çərçivəsində “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi işləri müsbət nəticəsini verməkdədir. Artıq bir sıra brend məhsullarımız dünya bazarında təşviq edilməkdədir. Artıq Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartlar daim təkmilləşdirilərək beynəlxalq, Avropa və qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırılır. Hazırda texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur.
23 Oktyabr 2017 15:06 İqtisadiyyatRamiz Həsənov: "İstehsal olunan məhsul keyfiyyətli, rəqabətədavamlı olmalıdır ki, dünya bazarında özünə yer tapa bilsin"
Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti çərçivəsində "Made in Azerbaijan" brendinin yaradılması və təşviqi işləri müsbət nəticəsini verməkdədir. Artıq bir sıra brend məhsullarımız dünya bazarında təşviq edilməkdədir. Artıq Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartlar daim təkmilləşdirilərək beynəlxalq, Avropa və qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırılır. Hazırda texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Azərbaycan Respublikasının milli standartları uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri, neft və kimya sənayesi, aqrar və qida sənayesi, tikinti materialları, xidmət sənayesi və digər sahələri əhatə edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək və standartlaşdırma sahəsini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə müsahibənin əvvəlində dediyim kimi, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanı ilə "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs yaradılıb: "Həmin Fərmana əsasən beynəlxalq və regional təşkilatlarda milli standartlaşdırma qurumu kimi Azərbaycan Respublikasının təmsil edilməsi və ölkə ərazisində standartlaşdırma siyasətinin həyata keçirilməsi İnstituta həvalə edilib. Bundan başqa sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanıb. Proqramın icrası çərçivəsində Avropa İttifaqının direktivləri əsasında 33 milli texniki reqlamentlərin və beynəlxalq standartlara istinad olunan milli standartların hazırlanması, qəbulu və sahibkarlara təqdim olunması nəzərdə tutulub. Proqramın həyata keçirilməsi sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılmasına, qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı, beynəlxalq standartlar əsasında milli standartların hazırlanması və sahibkarlara təqdim olunması prosesi mütəşəkkil şəkildə həyata keçiriləcəkdir". Onun sözlərinə görə, milli standartlaşdırma sisteminin işində özəl sektorun daha da aktiv iştitrakının təmin edilməsi və ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycanda artıq 13 texniki komitə fəaliyyət göstərir. Bunlar yeyinti və kənd təsərrüfatı məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm və yerdəyişmə vasitələrinin xidmətləri, qida məhsulları, metrologiya, akkreditasiya sahəsində standartlaşdırma, ekologiya, tikinti materialları, məmulatları və konstruksiyaları, mebel sənayesi məhsulları, sənaye məhsulları, neft-qaz hasilatı texnologiyası və neft emalı, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi və yol nəqliyyatı standartlaşdırması sahələrini əhatə edir. Texniki komitələrin işində ölkədə fəaliyyətdə olan özəl şirkətlərin nümayəndələri aktiv iştirak etməklə milli standartlaşdırma sisteminin təkmilləşdirilməsində yaxından iştirak edirlər: "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında Fərmanın 2.4. bəndinin icrası ilə bağlı istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada "bir pəncərə" prinsipi əsasında təşkili qarşıya məqsəd qoyulub. Bu məqsədlə "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs tərəfindən kiçik və orta sahibkarlıq subyektləri üçün vahid sertifikatlaşdırma sisteminin yaradılması üçün "bir pəncərə" prinsipi əsasında zəruri tədbirlər görülüb. Hazırda bu sistem üzrə 14 "ABAD"çı məhsulunu sertifikatlaşdırıb".
Məlum olduğu kimi president İlham Əliyevin islahatlar siyasəti çərçivəsində "Made in Azerbaijan" brendinin yaradılması və təşviqi işləri də başlıca yer tutur. Komitə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi yerli brendlərin xaricdə mühafizəsi ilə bağlı bir sıra işlər görüb. Komitə sədrin bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin islahatları çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində bu il əhəmiyyətli qərarlar qəbul olunub. Bu sırada atılan addımlardan biri də qeyri-neft məhsulları ixracını stimullaşdırmaq üçün "Made in Azerbaijan" brendinin yaradılması və təşviqi barədə bir neçə sərəncam və fərmanların imzalanmasıdır: "Bu gün dünya bazarlarında rəqabətə girəcək məhsullara beynəxalq qiymətləndirmə şirkətləri tərəfindən sertifikatların verilməsi və patentlərin alınması vacibdir. Lakin bir çox hallarda Azərbaycan şirkətləri bu sahədə problemlərlə qarşılaşırlar. Elə bu problemləri də nəzərə alan cənab Prezident ixracatçıların xarici ölkələrdə məhsula sertifikat alınmasının, habelə, əmtəə nişanlarının Azərbaycanda və xaricdə qeydiyyatına görə dəstək verilməsinin önəmli olduğunu və müvafiq dövlət orqanlarının da bu müstəvidə ixracatçılara dəstək olmasının mühüm olduğunu bildirib. Cənab Prezident dünyada "Made in Azerbaijan" brendinin təbliğ olunmasının vacibliyini qeyd edib. Biz hesab edirik ki, hər hansı bir məhsulun istehsalı ilə məşğul olan sahibkarlar məhsulların ixrac qabiliyyətini nəzərə almalıdırlar. İstehsal olunan məhsul keyfiyyətli, rəqabətədavamlı olmaldır ki, dünya bazarında özünə yer tapa bilsin". R.Həsənov bildirib ki, sahibkarlarla bazara rəqabətqabiliyyətli və keyfiyyətli məhsul çıxarmaları məqsədi ilə mütəmadi olaraq marifləndirici tədbirlər həyata keçirilir, seminarlar təşkil edilir və onlara məsləhətlər verilir: "Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə, bir çox ölkələrlə ikitərəfli əməkdaşlıq digər sahələrdə olduğu kimi əqli mülkiyyət hüquqlarının qorunması sahəsində də aparılır. ÜƏMT-nin müvafiq saziş və konvensiyalarında iştirak yerli istehsala, sahibkarlara daha effektli xidmət etməyə imkan yaradır. Məsələn, yerli brendlərin maraq kəsb edən xarici ölkələrdə qeydiyyatı üçün "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsinin xidmətlərindən yararlanaraq, beynəlxalq sənədlərin verdiyi imkanlardan səmərəli istifadə etmək mümkündür. Bunun nəticəsidir ki, artıq 100-ə yaxın milli nişan beynəlxalq mühafizə qabiliyyətini əldə edib. Bundan başqa sənaye mülkiyyəti obyektləri sırasında ixtiraların sənayedə tətbiqi mexanizmlərinin inkişafı zəruriliyinə diqqət çəkmək istərdim. Dünya iqtisadiyyatının inkişafını şərtləndirən əsas amillər sırasında innovativlik hər zaman aparıcı yer tutmaqdadır. İqtisadi inkişafın səviyyəsi, sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə daha da çox qiymətləndirilməkdədir. Cari iqtisadi proseslər Azərbaycan sənayesində innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında yaradıcı yeniliklər əsas amillər kimi qiymətləndirilir. Intellektual komponentlər qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha da uğurlu nəticələrə yol açır. Bu baxımdan ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmin olunması, yeni həllərin axtarışının təşviq olunması, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artmaqdadır. Buna görə də əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyən olunması, qorunması və effektiv idarəolunması mexanizmlərinin davamlı inkişafı zəruridir".
Alim