SOCAR-ın təlim mərkəzində audit keçirilib
Oktyabrın 19-20-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET) kursunun tədrisinin icra vəziyyəti ilə əlaqədar monitorinq auditi keçirilib.
24 Oktyabr 2017 14:15 İqtisadiyyatOktyabrın 19-20-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) "Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim" (BOSIET) kursunun tədrisinin icra vəziyyəti ilə əlaqədar monitorinq auditi keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədris prosesi tam müşahidə olunub, hovuz-təlim kompleksinin infrastrukturuna və qurğularına baxış keçirilib, dərs planlarının və təlim ləvazimatlarının BOSIET standartına uyğunluğu yoxlanılıb. Təlim kursunun sənədləşdirilməsi, dinləyicilərin qeydiyyatının aparılması, standartlara dair siyasət, təlim kursunun idarəetmə və qiymətləndirmə prosedurları təhlil edilib.