Korrupsiya idarəsinin rəisi deputatdan danışdı
“Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müvafiq yoxlama aparıb və materialı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktla bağlı cinayət işi başlanıb, hazırda intensiv istintaq tədbirləri həyata keçirilir”.
25 Oktyabr 2017 12:19 İqtisadiyyat"Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müvafiq yoxlama aparıb və materialı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktla bağlı cinayət işi başlanıb, hazırda intensiv istintaq tədbirləri həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. İdarə rəisi bildirib ki, hansı vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istintaqın nəticələrindən asılıdır, bu barədə obyektiv qərar qəbul ediləcək. Baş prokurorun müavini "ADİU-nun keçmiş rektoru, millət vəkili Şəmsəddin Hacıyev istintaqa çağırılıb?" sualına cavab olaraq deyib ki, konkret olaraq, hansı şəxslərin istintaq zamanı dindirilməsi barədə məlumat vermək iqtidarında deyil: "Gəlin hadisələri qabaqlamayaq, hazırda istintaq gedir. İstintaq zamanı təkcə dindirmələrdən olmur. Müvafiq olaraq, istintaq çərçivəsində bəzi rəqəmləri dəqiqləşdirmək üçün yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi ilə də bağlı istintaq hərəkətləri aparılır".