Kredit borcları sistem xarakterli problemdir

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, Cinayət Məcəlləsinin kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə 196-cı maddəsinin 1-ci bəndinə dair konkret təklifləri var: “Həmin maddənin 1-ci bəndində xeyli miqdar kreditor borclarını ödəməkdən yayınmaya görə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. Bu dəyişiklik humanist görünsə də, kredit borcları probleminin həllinə heç bir köməyi olmayacaq.

Onu cəzaların sərtləşdirilməsi ilə həll etmək mümkün deyil

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, Cinayət Məcəlləsinin kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə 196-cı maddəsinin 1-ci bəndinə dair konkret təklifləri var: "Həmin maddənin 1-ci bəndində xeyli miqdar kreditor borclarını ödəməkdən yayınmaya görə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. Bu dəyişiklik humanist görünsə də, kredit borcları probleminin həllinə heç bir köməyi olmayacaq. Ona görə ki, kredit borcları sistem xarakterli problemdir, onu Cinayət Məcəlləsi çərçivəsində həbsetmə və sair cəzalar yolu ilə həll etmək mümkün deyil. Əsas səbəb odur ki, əhalinin xeyli hissəsi banklardan aldıqları kreditləri artıqlaması ilə çoxdan qaytarıblar. Banklar indi əhalidən aldıqları yox, almadıqları krediti ödəmək üçün müxtəlif manupulyasiyalarla böyük pullar tələb edir. Əhalinin isə belə şişirdilmiş məbləğdə borcları ödəməyə pulları yoxdu. Ona görə də həbs cazasının müddətinin 1 il azaldılması çıxış yolu deyil. Hesab edək ki, "xeyli miqdarada" adı ilə 10 min manat borcu olan adam həbs edildi. Həmin adamın həyatı qırılır, ailəsi dağılma təhlükəsi ilə üz-üzə qalır. Bank həmin adamdan 1 manat belə pul ala bilmir. Dövlət isə həbs olunan hər bir adamın cəzaçəkmə müəssisəsində saxlanılmasına əvvəllər 15 manat xərc çəkirdisə, sonra bu rəqəm 19 manata, yenidən qurulmuş cəzçəkmə müəsssisəsində isə 22 manata çatıb. Deməli, dövlətin həbs olunan hər bir adamın cəzaçəkmə müəssisəsində saxlanılmasına çəkdiyi məcmu xərc ayda 660 manat təşkil edir ki, bu da ölkəmizdəki orta aylıq əmək haqqından 1,3 dəfə çox, büdcə təşkilatlarında çalıçanların çoxunun aylıq maaşından 2-2,5 dəfə böyük bir rəqəmdi. Bu əsasda dövlət, məsələn, 10 min manat borca görə həbs olunan hər bir adamın cəzaçəkmə müəsssisəsində saxlanılmasına ildə 8 min manat, Cinayət Məcəlləsində öz əksini tapan 2 ilə isə 16 min manat xərc çəkir. Təklif edirik ki, dövlət elə də böyük olmayan bu cür mələğlər üçün, vətəndaşı həbs etmək əvəzinə, onun həbsxanada saxlanılmasına çəkəcəyi 16 min manatın bir hissəsini həmin adamın əsas borcuna əlavə edilmiş faizlərin, dəbbə pullarının və sairin ödəməsinə yönəltsin, bir hissəsini isə sosial məsələrin həllinə əlavə vəsait yönəlişi kimi istifadə etsin". Millət vəkili hesab edir ki, təklif edilən bu üsuldan istifadə etməklə 10 min adamın həbsdən xilas olması, dövlətə 80 milyon manat maliyyə vəsaitinə qənaət etməyə imkan verər. Bu pullu büdcədən Mənzil İnşaat Dövlət Agentliyinə sosial evlər üçün ayrılan 50 milyon manatlıq əlavə vəsaitin üstünə gəlməklə, həmin məbləği 2,6 dəfə artırmaq və ya qənaət olunmuş həmin məbləğə əlavə olaraq 2 min mənzil tikib, nəzərdə tutulduğundan 2 min əlavə gənc ailəni mənzillə təmin edib, sevindirmək olar: "Cinayət Məcəlləsində öz əksini tapan 2 ilə qədər həbs cəzasının tətbiqində nisbətən kiçik bir məbləğ üstündə bütün tərəflər- vətəndaş da, bank da, dövlət də uduzur. Bizim təklif etdiyimiz variantda isə uduzan tərəf yoxdur, əksinə dövlət həmin kateqoriyadan olan insanların həbsxanada saxlanılması xərclərindən azad olur, 10 milyon manatlarla dövlət vəsaitininə qənaət olunur, vətəndaş azadlıqda qalır. İcra nümayəndəsi belə adamların işə düzəldilməsinə təsir etsin, o da işləyib borcun əsas hissəsini qaytarmağa başlasın. Dövlət isə qənaət etdiyi həmin pulun bir hissəsi hesabına borcluların faizlərini, dəbbə pulunu və sairi ödəyir. Kreditə görə pullar banklara qayıtmağa başlayır. Fikrimizcə, bizim bu təklifimizin nəzərə alınması cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həm dövlətin, həm bankların, həm də vətəndaşların xeyrinə zəruri bir addım, ən əsası isə əhalinin borc tələsindən azad olmasına və kreditor borclarını ödənilməsində ciddi irəliləyişə səbəb olar".
Millət vəkili Musa Quliyev bildirib ki, İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik. Kim insanları bilə-bilə ağır xəstəliyə yoluxdurursa, azadlığının məhdudlaşdırılması cəzasını alternativ kimi təklif etmək doğru deyil. Deputat bildirib ki, vəzifəsini lazımi şəkildə yerinə yetirmədiyinə görə, bir şəxsi İİV-ə yoluxdurmaya görə, 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması doğru yanaşma deyil: "Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yoluxdurana 3 il cəza vermək məqamları arasında uyğunsuzluq var". Millət vəkili qanunsuz abort etmə ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasını verməkdə tələskənliyə yol verməməyə çağırıb: "Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq, Azərbaycanda selektiv abortların sayı artır. Abort həm də uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində, belə deyil. Çünki təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun, müalicə edilib, cəmiyyətə qayıtmır. Əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq". Millət vəkili cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub: "Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdır? Bu insanların islah işlərinə qoşulmasına ehtiyac var".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31