Üç ölkənin daha bir uğurlu əməkdaşlığı- Bakı-Tbilisi-Qars

Azərbaycanın bilavasitə iştirakı ilə daha bir regional və beynəlxalq əhəmiyyətli layihə reallaşmaq üzrədir. Söhbət Azərbaycan, Türkiyə və Gürcüstanın birgə iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Artıq sözügedən dəmir yolu xəttinin rəsmi açılışına sayılı günlər qalıb. Məlumata görə, oktyabrın 30-da üç ölkənin daha bir uğurlu əməkdaşlığı sayılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi olacaq. Qeyd edilən tarixdə Bakıdan start veriləcək mərasim daha sonra Tbilisi və Qarsda davam edəcək. Bakı-Tbilisi-Qarsın rəsmi açılış mərasimində hər üç ölkənin dövlət başçılarının iştirakı nəzərdə tutulur. Prezidentlərin Bakıdan Qarsa məhz həmin qatarla hərəkət edəcəyi də bildirilir.

Və ya Azərbaycanın beynəlxalq əhəmiyyətini artlıran yeni bir layihə

Azərbaycanın bilavasitə iştirakı ilə daha bir regional və beynəlxalq əhəmiyyətli layihə reallaşmaq üzrədir. Söhbət Azərbaycan, Türkiyə və Gürcüstanın birgə iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Artıq sözügedən dəmir yolu xəttinin rəsmi açılışına sayılı günlər qalıb. Məlumata görə, oktyabrın 30-da üç ölkənin daha bir uğurlu əməkdaşlığı sayılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi olacaq. Qeyd edilən tarixdə Bakıdan start veriləcək mərasim daha sonra Tbilisi və Qarsda davam edəcək. Bakı-Tbilisi-Qarsın rəsmi açılış mərasimində hər üç ölkənin dövlət başçılarının iştirakı nəzərdə tutulur. Prezidentlərin Bakıdan Qarsa məhz həmin qatarla hərəkət edəcəyi də bildirilir.

Bakı-Tbilisi-Qarsın rəsmi açılış mərasimi ilə əlaqədar demək olar ki, bütün hazırlıq işləri yekunlaşmaq üzrədir. Bir neçə gün əvvəl Cənab Prezidentin tapşırığına əsasən Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış da keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar

BTQ-nin siyasi və iqtisadi dividentləri

Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi həm siyasi, həm iqtisadi, həm də beynəlxalq dərəcədə olduqca əhəmiyyətlidir. Siyasi baxımdan ona görə ki, bu layihə əvvəlki müştərək layihələrin davamı olaraq Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələrini, əməkdaşlıq imkanlarını daha da genişləndirəcək, üç ölkənin timsalında regionda yeni bir əməkdaşlıq formatı yaranacaq.

İqtisadi baxımdan da layihə mühüm əhəımiyyətə malikdir. Bakı-Tbilisi-Qars üç ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafına da öz müsbət təsirini göstərəcək. Qarşılıqlı şəkildə yükdaşımaları daha da asanlaşdıracaq və sərfəli edəcək. Nəhayət, layihənin beynəlxalq əhəmiyyətinə gəlincə, hələ Bakı-Tbilisi-Qars istifadəyə verilmədən ona olan beynəlxalq maraq, Avropadan tutmuş Asiyaya qədər bir sıra ölkələrin öz mallarını məhz BTQ vasitəsailə daşımağa maraq göstərməsi dəmir yolu xəttinin beynəlxalq əhəmiyyətini ortaya qoyur. Bu eyni zamanda Azərbaycanın da beynəlxalq arenadakı yeri və rolunu artırmış olur. Bu layihə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bir daha Azərbaycanın Asiya və Avropanı birləşdirən körpü rolu oynadığını təsdiqləyir. İlk növbədə isə bu Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi ilə bağlıdır. Məhz bu imkan Azərbaycanın bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirakını təmin edir. Bu sıraya edir. TRASEKA, "Şimal-Cənub" kimi iri nəqliyyat dəhlizlərini aid etmək mümkündür. Bakı-Tbilisi-Qars layihəsinıə gəlincə isə bu zamanında Azərbaycanın, eləcə də regional əməkdaşlığın gələcəyinə hesablanmış daha bir addım idi. Əminliklə deyə bilərik ki, bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi  olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.

Regional əməkdaşlıqda yeni imkan

Məlumat üçün qeyd edək ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı" layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev  14 iyun 2004-cü ildə  Gürcüstana rəsmi səfəri zamanı Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdi. Həmin vaxtdan layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşməyə başladı, bu bağlantının reallaşması istiqamətində də bir sıra görüşlər keçirildi. Beləliklə, 2-5 avqust 2004-cü ildə Ankarada keçirilən Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və Bakı-Tbilisi-Qars layihəsi üzrə danışıqlara həsr olunmuş görüşdə tərəflər, ilk növbədə, mühəndis-axtarış işlərinin aparılması və uyğunlaşdırılması layihəsinin hazırlanması barədə razılığa gəldilər. Elə həmin il, noyabr ayının 14-də Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilmiş Nəqliyyat Nazirlərinin Konfransında layihənin vacibliyi və regional xarakter daşıması barədə Azərbaycan, Türkiyə və Gürcüstan  tərəfləri birgə bəyanat imzaladılar. Dekabrın 28-də isə layihə ilə bağlı növbəti görüş keçirildi və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olundu. 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında isə Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzalandı. Bu Bəyənnamə əslində hər üç ölkə rəhbərinin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu bağlantısı layihəsinini nə qədər gərəkli olduğuna bir baxış idi. Beləliklə, ötən müddət ərzində hər üç ölkənin müştərək fəaliyyəti, birgə görüdüyü tədbirlər nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə tam hazır oldu və bir neçə gün sonra Bakıdan ilk qatar Tbilisidən keçməklə Qarsa yola düşəcək.

Uğurlu fəaliyyətin məntiqi nəticəsi

Xatırladaq ki. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının uzunluğu 98 kilometrdir. Bunun 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçir. BMT-nin Avropa İqtisadi Komissiyasının  Trans-Avropa dəmir yolları baş planının yekun hesabatında bu layihə birinci dərəcəli prioritet  layihə kimi və 4 bal qiyməti üzrə daxil edilmişdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu baxımdan Səhmdar Cəmiyyət Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı da üzərinə düşən bütün vəzifələri tam nənada yerinə yetirib desək yanılımarıq. Belə ki,  "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda "Azərbaycan Dəmir Yolları" sifarişi ilə "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib. Bu istiqamətdə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq. Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcəkdir. Müqaviləyə əsasən 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqonun istismara buraxılması nəzərdə tutulub.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31