Dövlət büdcəsində 783,6 mln. manat defisit yaranıb
Maliyyə Nazirliyi 2017-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, 2017-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 mln. manat, xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı 12045,1 mln. manat və ya 0,2 faiz çox icra olmuşdur ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2 faiz çoxdur.
19 Oktyabr 2017 11:55 İqtisadiyyatMaliyyə Nazirliyi 2017-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, 2017-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 mln. manat, xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı 12045,1 mln. manat və ya 0,2 faiz çox icra olmuşdur ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2 faiz çoxdur. "Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5224,8 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1 faiz çoxdur.
Həmin vəsaitin 73,2 faizi və ya 3825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür". M.Piriyev qeyd edib ki, hesabat dövründə Dövlət Gömrük Komitəsi proqnoza 117,8 faiz əməl edərək dövlət büdcəsinə 1950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və ya 17,9 faiz çoxdur: "Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 275,0 mln. manat və ya 6,0 faiz azdır. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 mln. manat təşkil etmişdir ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9 faiz çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250,0 mln. manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olmuşdur. 2017-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 4320,3 mln. manat vəsait daxil olub.
2017-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7 faiz və ya 12783,7 mln. manat icra olunmuşdur ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2161,5 mln. manat və ya 20,3 faiz çoxdur.