Azərbaycana qarşı kapmaniyanın arxasında kimlər dayanır?

Azərbaycana qarşı növbəti kampaniya həyata keçirilir.  Əvvəlki antiAzərbaycan kampaniyasından fərqli olaraq bu dəfə məlum şəbəkə maksimum imkanlarını işə salıb. Bütün mümkün vasitələrdən istifadə edilir ki, diplomatik sahədə Azərbaycana zərbə vurulsun, onun beynəlxalq imicinə xələl gəlsin. Hətta ölkəmizin bir neçə beynəlxalq təşkilatdakı təmsilçiliyinin belə dondurulması, yaxud Azərbaycanın həmin qurumlardan çıxarılması kimi “nəticələrə” nail olmaq kimi hədəflər qarşıya qoyulub.

Sahib Məmmədov: "Azərbaycana qarşı işləyən mərkəzlərin, beynəlxalq qeyri-hökumət təşkilatlarının şəbəkələri"

Azərbaycana qarşı növbəti kampaniya həyata keçirilir.  Əvvəlki antiAzərbaycan kampaniyasından fərqli olaraq bu dəfə məlum şəbəkə maksimum imkanlarını işə salıb. Bütün mümkün vasitələrdən istifadə edilir ki, diplomatik sahədə Azərbaycana zərbə vurulsun, onun beynəlxalq imicinə xələl gəlsin. Hətta ölkəmizin bir neçə beynəlxalq təşkilatdakı təmsilçiliyinin belə dondurulması, yaxud Azərbaycanın həmin qurumlardan çıxarılması kimi "nəticələrə" nail olmaq kimi hədəflər qarşıya qoyulub. Hər halda bir müddətdir Azərbaycanın üzv olduğu bəzi Avropanın siyasi təsisatlarından çıxarılması kimi sərsəm təşəbbüslər də elə həmin hədəflərin tərkib hissəsi idi. Düzdür, hələlik ermənipərəsət antiAzərbaycan qüvvələrin həmin planı baş tutmasa da, lakin Azərbaycana qarşı qurulmuş oyunda hansı yolla olur-olsun Bakıya zərbə vurmaq kimi hədəflər ön sırada durur və nəticə etibarilə bu qüvvələr var gücləri ilə ölkəmizə diplomatik sahədə zərbə vurmağa çalışırlar. Növbəti mərhələdə antiAzərbaycan şəbəkə Bakı ilə daha yaxın münasibətdə olan ölkələr arasında problemlər, ziddiyyətlər yaratmaq planı üzərində çalışırlar ki, bu sırada ilk yerdə Rusiya və Türkiyə gəlir.  Həftə sonu Rusiyanın Ermənistana əlavə hərbi yardım ayırdığı barədə xəbərin yayılması, eləcə də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş iki qətnamənin səsverməsi zamanı Türkiyəni AŞPA-da təmsil edən bir neçə deputatın da həmin sənədlərin lehinə səs verməsi deyilənlərin əyani sübutu idi. Bütün bu cərəyan edən prosesləri müşahidə edərkən maraqlı sual ortaya çıxır. Görəsən erməni lobbisi ilə yanaşı daha kimləri Azərbaycanın uğuru, nailiyyətləri narahat edir? Və onların burada əsas istəyi nədən ibarətdir? Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov hesab edir ki, Azərbaycanın beynəlxalq təşkilatlardan çıxmasını bizi öz yanında görmək istəyən ölkələr, Bakıya düşmən olan dövlətlər, Azərbaycana qarşı işləyən mərkəzlərin, beynəlxalq qeyri-hökumət təşkilatlarının şəbəkələri və onların üzvləridir: "Həmçinin yuxardakı qüvvələrə bu və ya digər şəkildə (təsir agenti və ya agent qismində) bağlı olan Azərbaycan nümayəndələri. Bu qüvvələr birləşərək Azərbaycanı Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündən kənarda qoymağa cəhd etdilər. Bu təşəbbüsün yaranmasında və inkişafında müstəsna rol oynamış ölkə axırda ləyaqətini qorumaq üçün bu təşəbbüsü tərk etdi. Azərbaycanda xeyli qeyri-hökumət təşkilatı ölkənin bu təşəbbüsdən çıxarılması üçün müraciət etmişdi. Həmin qeyri-hökumət təşkilatları Ermənistanın təşəbbüsə qoşulmasına nəinki etiraz etməmiş, hətta onların nümayəndəsi qrup səsverməsində Ermənistan əleyhinə bir kəlmə belə danışmamışdır. Əsas hədəflərdən bir də Azərbaycanın Açıq Hökumət Təşəbbüsündən çıxarılması cəhdidir.  Erməni təşkilatı PİN-in hazırladığı müraciətləri ilk imzalayanlar Azərbaycandan olan yuxarıda qeyd elədiyim şəxslər (təsir agentləri və anentlər) imzalamışdı. 
Bundan əlavə həmin şəxslər BMT İnsan Hüquqları üzrə Ali Komissarlığına ünvanladıqları məktubla (PİN tərəfindən hazırlanmış) Ombudsmanın A statusunun ləğv olunmasını xahiş etmişdir.  Lobbi fəaliyyəti ilə ermənilərə qoşulub Azərbaycanı "ifşa" edən şərfsizlərə bir sual? Ermənistan öz maraqları üçün lobbi fəaliyyətini hansı vasitələrlə həyata keçirir? Digər ölkələr lobbi fəaliyyəti üçün bəlkə konfet kağızından istifadə edir?". Sahib Məmmədov bildirib ki,  növbəti hədəf Avropa Şurasıdır. Onun sözlərinə görə, məntiqlə ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasına səy göstərənlər çalışmalıdır ki, Azərbaycan bu qurumlarda qalsın və bu alətlər vasitəsi ilə hüquq və azadlıqların təmin olunmasına imkanlar qalsın: "Niyə bunun əksini edirlər? 
Çünki bu qrupun missiyası birdir. Azərbaycan təcrid olunmalıdır. Ermənistan bu fürsətdən yararlanıb işğalını legitimləşdirməlidir. Ölkə parçalanmağa doğru getməlidir. Ölkə haranınsa əyalətinə çevrilməlidir.  Bu qrupa daxil olanların Ermənistanla bağlı hansısa sənədə imza atmasını görmüsünüzsə göstərin. Hansısa agzı göyçək deyə bilər ki, Azərbaycan hökuməti insan hüquqlarını pozur və buna görə də ona qarşı belə münasibət var. Onda qoy yazsınlar ki, Ermənistanda insan hüquqları pozulmur". Sahib Məmmədov əmin olduğunu bildirib ki, indiyə qədər bütün cəhdlər baş tutmadığı kimi, bundan sonra da Azərbaycana zərbə vurmaq, onbun beynəlxalq aləmdəki nüfuzu, siyasi çəkisinə xələl gətirmək kimi planlar alınmayacaq.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31