Dekorativ balıqlar və tibb zəlisi yetişdirilir

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar və tibb zəlisi yetişdirilir. Olaylar bildirir ki, hazırda institut tərəfindən “Mingəçevir Elmi-Təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, həmçinin “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır.

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar və tibb zəlisi yetişdirilir. Olaylar bildirir ki, hazırda institut tərəfindən "Mingəçevir Elmi-Təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması", həmçinin "Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması" mövzuları üzrə tədqiqat işləri aparılır.

Bu məqsədlə laboratoriyanın bütün göllərində melorasiya işlərinə başlanılıb. Balıqlar ovlanaraq duz məhlulundan və marqansdan keçirilib, çeşidlənib və müvafiq olaraq göllərə paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31