SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olublar
SOCAR Midstream Operations MMC tərəfindən idarə və istismar olunan “AzTAP GmbH” şirkətinin nümayəndələri “TAP AG” Direktorlar Şurasının iclasında iştirak etmişlər.Daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniya və Yunanıstana səfər edib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirilib, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə edilib. SOCAR təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunub. Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52.8% və ümumilikdə isə 57% təşkil edir.
26 Sentyabr 2017 12:50 İqtisadiyyatSOCAR Midstream Operations MMC tərəfindən idarə və istismar olunan "AzTAP GmbH" şirkətinin nümayəndələri "TAP AG" Direktorlar Şurasının iclasında iştirak etmişlər. Daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniya və Yunanıstana səfər edib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirilib, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə edilib. SOCAR təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunub.
Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52.8% və ümumilikdə isə 57% təşkil edir.