Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumu keçiriləcək
Milli Məclisin deputatı Şahin İsmayılov Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumunda iştirak etmək üçün sentyabrın 20-də Qazaxıstanın Aktau şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, “Gənclik. Enerji. Modernləşmə” mövzusunda keçiriləcək tədbirdə Xəzər regionu ölkələrinin nümayəndələri iştirak edəcəklər.
20 Sentyabr 2017 14:08 İqtisadiyyatMilli Məclisin deputatı Şahin İsmayılov Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumunda iştirak etmək üçün sentyabrın 20-də Qazaxıstanın Aktau şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, "Gənclik. Enerji. Modernləşmə" mövzusunda keçiriləcək tədbirdə Xəzər regionu ölkələrinin nümayəndələri iştirak edəcəklər. Millət vəkili mövzu ilə bağlı fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər sentyabrın 24-də başa çatacaq.